Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


29.03.2018  10:17 

İlahiyyat İnstitutunda təhsil necə olacaq? - AÇIQLAMA





A+  A-

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb. Belə ki, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.
Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

Bəs yeni ixtisasın hansı özəllikləri olacaq?

XəzərNews.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, belə bir ixtisasa ciddi ehtiyac var.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli, 3654 nömrəli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Hazırda həmin sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində işlər görülür. Belə ki, araşdırmaların və mövcud dini durumun təhlilinin nəticələri təsdiqləyir ki, ölkəmizdə İslam təmayüllü ibadət evlərinə ixtisaslı mütəxəssislərin təyinatının həyata keçirilməsi ilə yanaşı, həm də cəmiyyətdə milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizm və ekstremizmlə ideoloji zəmində mübarizənin aparılması, İslam dini ilə bağlı sağlam maarifçilik işinin təşkilinin təmin edilməsi məqsədilə “İslamşünaslıq” ixtisası üzrə kadrların hazırlanmasına ciddi ehtiyac var.

Ona görə də bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifi əsasında Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nda dəyişiklik edib. Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının "Humanitar və sosial ixtisaslar qrupu" bölməsinə "İslamşümaslıq" ixtisası əlavə olunub”.

Yeni yaradılan ixtisasın ödənişsiz təhsil verəcəyi də bildirilib.

“Bu ildən etibarən Azərbaycan İlahiyyat İnstitutuna “Dinşünaslıq” ixtisası ilə yanaşı, “İslamşünaslıq” ixtisası üzrə də tələbə qəbulu aparılması nəzərdə tutulur. “Dinşünaslıq” ixtisasından fərqli olaraq “İslamşünaslıq” ixtisasına qəbul üçün abituriyentlərin Dini-Psixoloji Komissiyadan keçməsi məqsədəuyğun sayılır. Həmçinin, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz olacaq”.

Xəbər 989 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +