Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə


21.12.2022  17:32 

“Vətəndaşlığın əlifbası“ kitabı təqdim olundu - FOTO





A+  A-

Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Sabir Rüstəmxanlının "Vətəndaşlığın əlifbası" kitabının təqdimat mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, milli-ideoloji məsələlərə həsr olunan kitabın təqdimatında Yazıçılar Birliyinin rəhbərliyi, araşdırmaçı alimlər və ictimai fəallar iştirak edib.

Tədbirin aparıcısı, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Sabir Rüstəmxanlı yaradıcılığı haqda söz açıb, "Vətəndaşlığın əlifbası" kitabının "Ömür kitabı"nın davamı olaraq ictimai-siyasi fikir tariximizdə mühüm hadisə olacağını qeyd edib.

İlk söz alan Yazıçılar Birliyinin sədri Anar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında hər zaman vətəndaş mövqeyindən çıxış etdiyini, sözün həqiqi mənasında BÖYÜK VƏTƏNDAŞ olduğunu bildirib: "Sabir Rüstəmxanlı ilk gündən millət və vətən davasının önündə olub və bu gün də öndədir".

Daha sonra müəllif çıxış edərək kitab haqqında deyib:

““Vətəndaşlığın əlifbası” yurd və yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu sual məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.

Kitaba ön söz yazan Adil Minbaşı bildirib ki, "Vətəndaşlığın əlifbası” adlanan irihəcmli əsərdə elmi-fəlsəfi düşüncələr, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətən, millətlə bağlı düşüncələr toplanıb:

""Ömür kitabı" Quzey Azərbaycan haqqında idisə, "Vətəndaşlığın əlifbası" bütöv Azərbaycanın, Türk dünyasının kitabıdır".

Akademik Teymur Kərimov isə Sabir Rüstəmxanlı yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik örnəyi olduğunu deyib:

"Bu bir həqiqətdir ki, yalnız Vətənini, xalqını düşünüb yazanlar əsl xoşbəxt şair səviyyəsinə yüksəlirlər. Çünki xalqın sözünü deyənləri xalq özü zaman-zaman yaddaşında, tarixində, ədəbiyyatında yaşadır. Sabir Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır".

Daha sonra tərcüməçi şairə Rəbiqə Nazimqizi, əməkdar jurnalist Zemfira Məhərrəmli, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, qocaman şair Yusif Həsənbəy, Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru Əlövsət Ağalarov və digərləri çıxış edərək kitab haqda fikirlərini bildirib.



Xəbər 614 dəfə oxunub.




16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +