İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2022  09:24 

Vardanyanın müharibə anonsu nəyə hesablanıb?





A+  A-

4-cü aydır ki, Azərbaycan ərazisində qanunsuz ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğul olan hayk milyarderi Ruben Vardanyan dünən Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərində və Xocavənd rayon mərkəzində soydaşlarıyla təxribat məqsədli görüşlər keçirib.

XəzərNews.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndi və İrəvandakı erməni mənbələri məlumat yayıb.

Ağdərə şəhərində bir qrup sakin qarşısında çıxış edən separatçı-terrorçu rejimin üzdəniraq "dövlət naziri" Vardanyan Azərbaycanın Laçın yolunu “bağlı saxladığı” bir şəraitdə Qarabağdakı haykların iki yolu olduğunu( “ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq”) bildirib. O, soydaşlarını mübarizəyə səsləyərək “Azərbaycana qarşı savaş aparmaq üçün birləşmək” lazım olduğunu vurğulayıb...

Sonra Putinin milyarder “desantı” Tərtər və Kəlbəcər rayonları ərazisindəki rəsmi Bakının monitorinqini tələb etdiyi Qarabağdakı əsas mədənlərdən birində - “Dəmirli”də olub və həmin mədənləri qanunsuz istismar edən “Base metal” şirkətinin əməkdaşları və fəhlələriylə görüşüb...

Daha sonra R.Vardanyan Xocavənd şəhərinə yollanıb. Oradakı hayklar qarşısında çıxış edən Kreml emissarının əsas tezislərindən biri bu olub: “Azərbaycanlılar anlamadı ki, bu blokada ilə -Laçın yolunu bağlamaqla bizi daha da birləşdirirlər”... O, vurğulayıb ki, "biz situasiyanı sıfırlamışıq və səhvlərimizi düzəldərək mübarizəyə yenidən başlamalıyıq..."

Xatırladaq ki, R.Vardanyan bundan öncə dekabrın 16-da ertəsi gün noyabrın 17-ə Xankəndində təyin etdiyi kütləvi mitinqi təxirə salıb və “bölgələrə gedərək insanlarla görüşüb məsləhətləşməyin vacib olduğunu” bildirib... Sözsüz ki, bu səfərlər əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, Laçın yolunun bağlı olması səbəbindən mitinqə yetərincə erməni toplaya bilməmək qorxusundan edilib...

P.S. Bütün hallarda Vardanyan Azərbaycan ərazilərini rahat gəzərək oradakı haykların separatçı-revanşist ruhunu körükləməklə məşğuldur. Bu da, təbii ki, onu Qarabağa ezam etmiş Moskvanın yeni “KQB”-“FSB” ssenarisi əsasında baş verir. Məqsəd hər iki tərəfdə ehtirasları qızışdıraraq erməni-azərbaycanlı barışına mümkün qədər mane olmaqla Rusiyanın Qarabağda uzunmüddətli hərbi mövcudluğunu qaranta almaqdır... Odur ki, Kremlin "Vardanyan planı iflasa uğradı" demək hələ tezdir. Bu iflas yalnız onu da, Araik və digərləri kimi həbs etmək və ya heç olmasa, Qarabağdan uzaqlaşdırdıqdan sonra baş verəcək...

Xəbər 505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +