İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.10.2022  12:27 

“Əməkdar müəllim“ adını alanlar arasında müəllim olmayanlar da var...





A+  A-

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib.

Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil.

Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə vermək, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər.

5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının "Əməkdar müəllim" adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, "Əməkdar müəllim" adını alanlar arasında müəllim olmayanlar da var.

Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır amma müəllim deyil.

Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Bir də deyirəm, 20 il pedaqoji staj olmalıdır.

Soruşuram ki, Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə?

MİQ imtahanından keçib müəllim olub?

Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin.

Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara "Əməkdar müəllim" adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir.

Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi, indi onlara fəxri adları da paylayırsınız.

Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri "Əməkdar müəllim" adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır.

Kamran Əsədov
Təhsil məsələləri üzrə ekspert


Xəbər 5991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +