İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.08.2022  15:15 

Peşə təhsilini əmək bazarına necə uyğunlaşdıraq?





A+  A-

Ölkədə insan kapitalının yaradılması və iqtisadi artımın güclənməsində peşə təhsilinin əhəmiyyəti böyükdür. Belə ki, peşə təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsidir.

Bu barədə XəzərNews.az-a açıqlama verən İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı, coğrafiya üzrə fəlsəfə doktoru Famil Niftiyev bildirib ki, peşə təhsili 3 səviyyəyə bölünür:

“1. İlk peşə təhsil 2. Texniki peşə təhsil 3. Yüksək texniki peşə təhsil. Eyni zamanda peşə təhsilin 3 növ (peşə məktəbləri, peşə liseyləri və peşə təhsil mərkəzi) müəssisələri vardır”.

F.Niftiyev bildirib ki, respublikada peşə təhsil müəssisələrin sayı 2001-ci ilin əvvəli ilə müqayisədə 7 ədəd azalaraq 103 ədəd olub:

“Tam orta təhsil bazasında təhsil alanların sayı 2001-2021-ci illərdə 5151 nəfərdən 7880 nəfərə yüksəlmişdir. Ümumi orta təhsil bazasında təhsil alanların sayı 2001-ci ilin əvvəlinə 13121 nəfər idisə, 2021-ci ilin əvvəlinə 14132 nəfər olmuşdur. Son dövrlər peşə təhsil müəssisələrində müxtəlif peşə sahələri üzrə oxumağa gələn şagirdlərin sayı durmadan artmaqdadır. Bu da insan kapitalının və ömür boyu təhsilin inkişaf etməsində mühüm rol oynayır”.

Onun sğzlərinə görə, peşə təhsil sistemi ilə bağlı bir sıra təkliflərin veriləsini məqsədə uyğundur:

“Bura təhsil sistemində innovativ peşə təhsilin qurulması, peşə təhsil sistemində gender bərabərliyinin təşkil edilməsi, peşə təhsil müəssisələrin məşğulluq mərkəzləri ilə əlaqələrin genişləndirilməsi və peşə təhsil sistemində əmək bazarları və təkliflər haqqında məlumat mübadiləsi, nəhayət övlət müəssisələrində, bələdiyyə və özəl şirkətlərində çalışan ali təhsili olmayan işçilərin işlədiyi ixtisaslara uyğun peşə təhsilin alınması məcburiliyi”.

Xəbər 1633 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +