İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.07.2022  16:16 

“Necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir?“





A+  A-

"Arvadının alt paltarının rənginədək hamı görürsə, belə namuslu ailə olur? Üzr istəyirəm, sənin həyat yoldaşını sən görmək istədiyin tərzdə hamı artıq görüb".

XəzərNews.az xəbər verir ki, bu sözləri cebhe.info-ya ilahiyyatçı Hacı Təyyar qadınların toylarda açıq- saçıq, həmçinin çimərlikdəki geyimindən danışarkən deyib.

"Dənizə ailəsi ilə çimməyə gedən kişilərin necə qeyrəti çatır ki, arvadını busqalterlə digər kişilərə göstərir? Belə şey olar? Kişi ilə qadının fərqi çoxdur. Bu fərq Allahdan yaradılıb. Bütün sahələrdə qadınlarla kişilər fərqlənirlər. Onları istər bioloji, fizioloji və digər cəhətdən maksimal dərəcədə fərqləndirmək lazımdır".

Hacı Təyyar bildirib ki, qadınla kişi çimərliyinin bir yerdə olması, onların bir çimməsi Sovet dövründən qalıb:

"Qadınla kişi hamamı, saunası eyni olur? Əlbəttə, xeyr! Artıq camaat lütdür. Afrikadakı insanlarda açıq- aşkar utanmaq hissi yoxdur. Hər yerin öz forması var. Bütün yerlər üzrə geyim var. Kişi və qadın çimərlikləri sauna və hamamlar kimi ayrı olmalıdır".


Qeyd edək ki, son zamanlar türkiyəli ilahiyyatçı və din xadimləri tərəfindən qadınların geyimələri ilə bağlı iradlar, tənqidlər və hətta təhqir dolu paylaşımlar artmaqdadır. Onlardan biri də türkiyəli məşhur ilahiyyatçı Halil Konakçıdır. Belə ki, o, açıq geyinən qadınlar baradə danışarkən "Küçələr qəssab dükanına dönüb. Ət görməkdən ürəyimiz bulanır. Yüz il əvvəl babalarımızın yataq otağında görmədiyi geyimləri biz bu gün küçələrdə görürük.

Niyə? Bu qadınların ataları, ərləri, qardaşları yoxdur?!",- deyib. İlahiyyatçının sözlərinə dəstək verənlər olsa da, onu qınayanlar, qadınlar haqda kobud və təhqir dolu ifadələrdən istifadə etdiyini deyənlər də az olmayıb.

Xəbər 1384 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +