İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.06.2022  13:40 

Hacı Zeynal hamamı zibilliyə çevrilib - Foto





A+  A-

Fotoda gördüyünüz 17-ci əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi-Hacı Zeynal hamamıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Nuridə Allahyarova paylaşım edib. Onun sözlərinə görə, Hacı Zeynal hamamı yerli sakinlər tərəfindən 2 gün əvvəl məişət tullantıları ilə çirkəndiriliblər:

- Yerli sakinlər tərəfindən 2 gün əvvəl məişət tullantıları ilə çirkəndirilən memarlıq abidəmiz... Məişət tullantılarını o hamama düşmənlər atmayıb. Ətrafda yaşayan sakinlər atıb! Bu gün Dövlət Xidmətinin abidə mühafizəçiləri ilə yerli icra hakimiyyəti orqanının əməkdaşları ərazini tullantılardan növbəti dəfə təmizləyiblər. Abidəni qorumaq borcumuzdur-təkcə aidiyyatı qurumun borcu deyil, hər bir vətəndaşın borcudur. Sual oluna bilər ki, niyə nəzarət edilmir?! Nəzarət edilir. Abidə mühafizəçisi hər abidənin yanında 7/24 xidmət göstərmir. Ölkədə yerli əhəmiyyət kəsb edən bütün abidələrin ətrafı hasara alına, yanına da öz daxili məsuliyyətsizliyimizdən müdafiə üçün əməkdaş cəlb edilə bilməz. Dünyanın heç bir ölkəsində bütün abidələrə mühafizə xidməti ayrılmır. İctimai qınaq lazımdır!

Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +