İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.03.2022  18:35 

Abdin Fərzəliyevə məxsus xidməti maşın cərimələndi





A+  A-

Bakıda bir qrup sürücünün yolun əks istiqamətində çıxaraq hərəkət etməsinin görüntüləri yayılıb.

XəzərNews.az xəbər verir ki, hadisə martın 16-da Bakıda Mikayıl Əliyev küçəsində qeydə alınıb. Qayda pozan avtomobillərin sırasında Abşeron Rayon İcra Hakimiyyətinin xidməti avtomobili də olub. Belə ki, 01-AA-001 seriyalı BMW avtomobili hərəkətin əks istiqamətinə çıxıb. Onun ardınca isə bir neçə avtomobil də qoşa xəttin tələbini pozaraq əks yola çıxaraq qaydaları pozublar.



Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya bildirib ki, yayılan görüntü araşdırılıb: "Həm Abşeron Rayon İcra Hakimiyyətinə məxsus, həm də digər nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbiri seçilib. Belə ki, əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı hərəkət edən avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat 4 bal cərimə edilib. Kimliyindən asılı olmayaraq bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə səsləyirik. Qanunun aliliyini hər bir hərəkət iştirakçısı unutmamalıdır".

XəzərNews.az xəbər verir ki, hazırda Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Əvvəlki başçı İradə Gülməmmədovanın dövründə xidməti maşını isə 01-AA-001 nömrəli "Lexsus" olub. Cəriməyə düşən 01-AA-001 seriyalı BMW avtomobili isə Abdin Fərzəliyevə məxsus olduğu qeyd edilir.



Digər bir mənbə isə sözügedən avtomobilin Abşeron nömrəsi daşımasına baxmayaraq Sumqayıtın icra başçısı - yəni Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovun istifadəsində olduğunu bildirir.


Xəbər 1576 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +