İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.02.2022  18:16 

Sabir Rüstəmxanlı 80 yaşlı şair ziyarət edib - Xızıda





A+  A-

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Xızı rayonunun, Qarabulaq kəndində yaşayan 80 yaşlı şair Ağasəfa Yəhyayevi ziyarət edib.

XəzərNews.az Bakupost.az -a istinadən xəbər verir ki, Sabir Rüstəmxanlı bildirib ki, Ağasəfanı ilk kitabının çap olunduğu gündən tanıyır:

“Yanvar ayının sonunda, günəşli bir gündə belə qərara gəldik ki, Bakıdan çoxdan qaçıb dağlara sığınmış cavanlıq dostumuzu Ağasəfanı yad edək. Çoxdan ürəyimdən keçirdi ki, gəlim onu görüm, hal-əhval tutum. Hərçənd ki, gəlib-gedən dostlardan xəbər tuturdum, amma görüşümüz alınmırdı. Ağasəfa köhnə ata yurdunda dağlarla üzbəüz sakit bir kəndçi həyatı yaşayır. O ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, şair, tərcüməçi, satirik, uşaq şeirlərinin müəllifidir. Ürəyimdə bir nigarançılıq var idi, gəldim ki onu götürüm. Ağasəfanı 1966-cı ildə ilk kitabının çapdan çıxdığı, gənclər günündə təltif olunduğu gündən tanıyıram. Uzun müddət nəşriyyatda birlikdə işləmişik, yüksək dostluq münasibətlərimiz olub. Ağasəfa ədəbiyyatın fəhləliyini etməyi bacaran adamdır. Təkcə özü yazmır, onlarla dostunun, yoldaşının kitabını tərcümə edib. Avropanın və dünya poeziyasının ən üsyankar şairlərindən biri olan Şandor Petöfini tərcümə edib. Bu cəhətdən oxşar cəhətimiz var. Mən də polyak ədəbiyyatının ən üsyankar şairi Adam Mitskeviçi tərcümə etmişəm. Bunlar əslində, ruh qohumlarıdır. Belə bir gözəl gündə Ağasəfanı sapsağlam gördüm. Şəhərdə qalsa, çoxdan qocalardı, bəlkə də Allah bilir nə olardı... Amma gördüm ki, çox yaxşıdır, bu dağlar ona çox yaxşı baxır. Dağlara yaxşı baxır ki, gəlib çıxıb bura. Qoy bu məhəbbət uzun-uzun müddət davam etsin. Dağlar səni qorusun! Sən də dağları tərənnüm elə!”.



Ağasəfa Yəhyayevi bu ziyarətə təşəkkür edib, çox sevindiyini bildirib:

“Mən təbiətin qanunlarına inanıram. Səhər xoruzumuz banlayanda bilirdim ki, qonağım gələcək. Amma heç ağlıma gəlməzdi ki, Sabir gələr. Zəngindən sonra çox sevindim. Sabirlə münasibətimiz, bir yerdə işləməyimiz, yoldaşlıq etməyimiz, ədəbi mühitdə bir-birimizə münasibətimiz uzun əhvalatdır. Dostlarımızla münasibətdə də Nüsrət Kəsəmənlidən tutmuş, Qabilə qədər hamısında xətir hörmətimiz olub. Gəldiyinizə görə, çox şad olduq. Düzdür, dostlarda, qaynar ədəbi mühitdən uzaq düşmüşəm və bu, mənim yaradıcılığıma mənfi təsir göstərir. Amma peşman deyiləm. Mən düz 35 il bu yollarda zülm çəkmişəm. İki-üç ay əvvəl asfalt çəkiblər. Kənddə heç kim qalmayıb, demək olar ki, tək-tənha yaşayırıq. Amma bilirəm ki, şəhərdə qalsaydım, bu qədər yaşamazdım. Hər gün gəzirəm, təbiətlə ünsiyyətdə oluram. Balaca təsərrüfatım – iki inəyim var. Yoldaşım rəhmətə gedəndən sonra ikinci dəfə evlənmişəm. Uşaqlarım Bakıda yaşayır. Bir oğlum rəhmətə getdi. Yazıb yaradıram, çap olunmayan xeyli əsərlərim var...”.



Xəbər 1194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +