İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.11.2021  12:25 

Pensiya kapitalı ödəniş kimi istifadə edilsin - Təklif





A+  A-

“Milli Məclisin komitə büdcə müzakirələrində sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı oldu. Belə ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir”.

XəzərNews.az xəbər verir ki, bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.

Millət vəkili bildirib ki, bəzi vətəndaşların pensiya kapitalı kifayət qədər böyük olur. Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir:

“Bu baxımdan, təklif edirəm ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağa artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər.

Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradıla bilər”.

Xəbər 3237 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +