İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.06.2021  19:37 

Medianın İnkişafı Agentliyi bəyanat yaydı





A+  A-

“İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur”.
XəzərNews.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda deyilir.

“Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla, Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalist həmkarlarımızın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik”, - bəyanatda qeyd edilib.

Xəbər 1818 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +