İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.02.2021  13:22 

Niyə bəzi yerlərdə qaz yoxdur?





A+  A-

Dünəndən paytaxtda və bölgələrdə müşahidə edilən qarlı-şaxtalı hava qazın verilişində də problemlər yaradıb.
XəzərNews.az xəbər verir ki, əsasən Xırdalan, Masazır, Binə qəsəbəsi və Xətai rayonundakı bəzi ərazilərdə ötən axşamdan etibarən qaz yoxdur, sakinlər evlərini qızdıra bilməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq. O bildirib ki, yaranmış problemlə bağlı əməkdaşları iş başındadır: “Gecədən Xətainin bir hissəsinə qazın verilişi bərpa edildi. Çünki orada problem böyük idi. Hazırda Masazır, Binə və Xırdalanda prosesi tənzimləməyə çalışırlar. Təzyiqin tənzimlənməsində problem var.

Bu dəqiqə qazı olmayan yer yoxdur. Amma hansısa ərazilər aşağı, hansısa yerlər isə normal təzyiqlə qazı götürür. Xırdalan və Masazır qazı aşağı təzyiqlə götürür. Həmin ərazilərdə bir müddət işıq olmadı. Bu zaman xətdə güclü yüklənmə getdi. Təlabat birdən- birə artdı. Tapşırıq var ki, problem ən tez vaxtda həll edilsin və magistral götürülən qaz normal rejimdə şəbəkəyə verilsin.

Qəbələ və Gəncədən qazın təzyiqinin aşağı düşməsiylə bağlı müraciət gəlmişdi. Günorta saatlarına kimi bu məsələlər həll ediləcək”.

Xəbər 2221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +