İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.04.2019  10:21 

Meriya 100 min insanın rahatlığını formula 1-ə qurban verdi - Şərh





A+  A-

“5, 6, 88 və 125 saylı avtobusların “Formula-1”lə bağlı Bayıl və 20-ci sahə istiqamətində hərəkəti dayandırılıb. Yalnız 53 saylı avtobus işləyir”.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Qadir İbrahimli çıxış edib.

Q.İbrahimli bildirib ki, 53 saylı marşrut 20-ci sahədəki dayanacağa dolu gəlir və sərnişinlərin yarıdan çoxu minə bilmir:

“Alternativ yalnız 1 manatlıq taksilərdir. O da yalnız İçərişəhər metrosuna qədər aparır. Vətəndaşların nəqliyyat xərcləri kəskin artıb. İkincisi, Badamdar yolu hələ açılmadığından şəhərə yeganə çıxış yolu Bayıl vasitəsi ilə “Teleteatr”ın qarşısındakı yola çıxmaqdır. Bu yol da daim tıxacdır. Normalda 7-8 dəqiqlik yolu taksi ilə 35 dəqiqəyə gəldim. Hələ hərəkətin gur olmadığı vaxtda (saat 11-12 arası)”.

Q.İbrahimli bildirib ki, yəni burnun ucundan o yanı gərməyən meriya və aidiyyatı təsisatlar bu durumu hesablaya bilmədi:

“Bu da azmış kimi, “Formula” ərazisindən 3-4 km kənarda olan (Azneft-Bayraq Meydanı) yolun bağlanmasına da ehtiyac yox idi. Bayıl və 20-ci sahə massivində yaşayan 100 minə yaxın insanın rahatlığını təmin etmək üçün həyata keçirilməli tədbirlərin heç biri həyata keçirilməyib.
1. Badamdar yolu təcili təmir olunub istifadəyə verilməli idi.
2. 53 saylı marşurutda avtobusların sayı ən azı 3 dəfə artırılmalı, intervallar minimuma endirilməliydi.
3. Xüsusi avtobuslar vasitəsi ilə sakinlərin Əl Oyunları sarayına qədər gətirilməsi təmin etməli, sakinlər izafi xərclənməyə getməsinlər və ordan da piyada metro ərazisinə daxil ola bilsinlər.

Ancaq meriya və aiddiyatı başqa təsisatlar 100 minə yaxın insanın izafi xərclərlə yüklənməsini, əsəblərinin sıradan çıxmasını, vaxt itkisini qulaqardına vurub bu addımların heç birini atmadılar. Əsil rəzalət də elə budur!”

Xəbər 1194 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +