İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.02.2019  17:39 

DİM qrafiki müəyyən etdi





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, elan üzrə 15 dövlət orqanında olan inzibati dövlət qulluğu vəzifələrinə aid 308 (A növü üzrə 26 vəzifə, B növü üzrə 282 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 472 namizədlə 996 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsində məsləhətçi (1 vakant yer üzrə 44 namizəd), Dövlət Mülki Aviasiya Agentliyinin inzibati sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 77 namizəd), Dövlət Avtomobil Nəqliyyatı Xidmətində məsləhətçi (1 vakant yer üzrə 64 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin fevralın 18-dən aprelin 4-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər.

Xəbər 962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +