İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.02.2019  15:12 

Deputat Reklam Agentliyini rüşvət almaqda ittiham etdi





A+  A-

“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır: “Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə ofisimizin qarşısında (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını nəzərdə tutur-red) qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib?

Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".

Q.Həsənquliyevin fikrincə, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır: "Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +