İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.12.2018  18:23 

“Nar”dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu





A+  A-

“Nar” dörd gün davam edən “BakuTel-2018” 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində uğurla iştirak etdi və ən son yeniliklərini nümayiş etdirdi.
XəzərNews.az xəbər verir ki, sərgi müddətində mobil operatorun stendi ziyarətçilərin diqqətini cəlb etdi və 4 gün ərzində “Nar” stendini 8 mindən çox insan etdi. Mobil operatorun təqdim etdiyi “Nar TV” və “Nar WiFi” ruteri qonaqların böyük marağına səbəb oldu. Sərgi iştirakçıları mobil operatorun ən son məhsulları ilə bilavasitə tanış olmaqla yanaşı, sınaqdan keçirmək fürsəti də qazandılar. Burada həmçinin maraqlı təqdimatlar keçirildi, müsabiqələr, müxtəlif yarışmalar və oyunlar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin “Ən yaxşı korporativ stil” stendi seçilib.

4-7 dekabr 2018-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr maraqla qarşılandı. 4 gün ərzində davam edən əsas müsabiqənin qalibi elan olundu. Qalib Sevda İbrahimovaya müasir “Samsung Galaxy Note 9” telefonu hədiyyə edildi.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1040 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +