İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.10.2018  18:11 

“Nar”-dan autizmli uşaqlara dəstək





A+  A-

“Nar” əməkdaşları autizm spektr pozğunluqları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-atelyenin qonağı oldu və uşaqlarla görüşdü. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi oldu.
XəzərNews.az xəbər verir ki, Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke də iştirak edib: ““Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri həyata keçirmək çox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”.

Qeyd edək ki, “Kashalata” kafe Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla işləyən "Birgə və Sağlam"İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizmli uşaq var.

Autizmli uşaqlara dəstək “Nar”-ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +