İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.06.2018  15:14 

“Paradiqma” İB-nın təşkilatçılığı ilə növbəti tədbir keçirilib





A+  A-

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) konfrans zalında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində ikinci tədbir keçirilib.
İB-dən XəzərNews.az-a verilən məlumata görə, tədbirdə çıxış edən İctimai Birliyin sədri, professor Elman Nəsirov layihənin qarşısında duran məqsəd və vəzifələrə diqqəti cəlb edərək vurğulayıb ki, müasir informasiya əsrində informasiya cəbhəsində qalib gələn tərəf, bütün diğər müstəvilərdə də qələbəni təmin etmək üçün geniş mövqe üstünlüyü əldə etmiş olur: “Bu reallığı bir an belə unutmadan Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində informasiya “silahı”nın verdiyi bütün imkanlardan maksimum faydalanmalı və bu istiqamətdə hücüm taktikasına üstünlük verilməlidir. Məsələyə bu kontekstdə yanaşdıqda növbəti tədbirini keçirdiyimiz layihənin həm elmi, həm də böyük siyasi aktuallıq kəsb etdiyi qənaətinə gələ bilərik”.

Tədbirdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov (moderator), ekspert Mürtəza Həsənov (“Paradiqma” İB), tələbələr Əlizadə Nərmin, Gülşən Zeynallı, Yusif Səmədov, Əkbərzadə Sevinc və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər, onun reallaşdırılması istiqamətində atılacaq addımlar haqqında fikir və mülahizələrini ifadə ediblər.

Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, konkret təklif və tövsiyələr irəli sürülüb.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, QHT təmsilşiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edib.



Xəbər 703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +