İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.11.2017  12:45 

Deputat şəhid ailələri ilə bağlı təklif verdi





A+  A-

“2018-ci il üçün dövlət büdcə layihəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür. Növbəti ildə qeyri-neft sektorunun gəlirlərinin bu illə müqayisədə 20 faiz artması nəzərdə tutulub. Bu, ölkə iqtisadiyyatımızın inkişafının göstəricisidir”.
XəzərNews.az-ın məlumatına görə, bunu deputat Musa Qasımlı parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb:

“Bildiyiniz kimi prezidentin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb.

Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər”.
M. Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif edib.

“Bildiyiniz kimi bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdən də yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın”.

Deputat çıxışında 2018-ci ilin büdcəsində ölkəmizdə dəmiryolu sistemində müasirləşmənin aparılması ilə bağlı vəsaitlərin artırılması təklifini də irəli sürüb.
“Bildiyiniz kimi Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bir sıra məsələlərin həllinə səbəb olub. Bu baxımdan düşünürəm ki, dəmiryolu sisteminin müasirləşməsi, müvafiq strukturun yaradılması ilə bağlı vəsaitin artırılmasına ehtiyac var”.

M. Qasımlı şəhid ailələrinin problemlərinə də toxunub:

“Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər”.

Xəbər 1141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +