İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.07.2017  16:09 

Bakı Mühəndislik Universitetində görüş





A+  A-

Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının ilk iclası keçirilib. Görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Himayəçilər Şurasının üzvləri, universitetin rektoru, professor və müəllim heyəti iştirak edib.
XəzərNews.az xəbər verir ki, universitetin rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsində Himayəçilər Şurasının fəaliyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, ötən müddət ərzində şuranın tərkibi formalaşdırılıb və təsdiq olunub.

Nazir müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov qeyd edib ki, Himayəçilər Şurasının əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, birgə səylər həyata keçirmək, eyni zamanda büdcə komitəsinin formalaşdırılması, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasından ibarətdir.

Himayəçilər Şurasının sədri universitetin öz fəaliyyətində dünyada gedən prosesləri nəzərə almalı olduğunu, xarici universitetlərlə işbirliyi qurmasının, xüsusilə də ikili diplom layihələrində iştirakının vacibliyindən danışıb.

Daha sonra çıxış edən Himayəçilər Şurasının üzvü, “Azərkimya” İstehsalat Birliyinin Müşahidəçilər Şurasının sədri Muxtar Babayev şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.

Himayəçilər Şurasının üzvləri - AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın Həqiqi üzvü Nazim Məmmədov, SAP Azərbaycanın İdarəedici direktoru Rüfət Hacıəlibəyov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf,Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev, Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib və təkliflər səsləndiriblər.

Xəbər 1144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +