İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.05.2017  22:49 

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: Sakinlər evakuasiya olunur





A+  A-

Masallı rayonunun üç kəndində onlarla evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.
Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək.

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.


Xəbər 2098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +