İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.04.2017  11:36 

İti döyən polis işdən çıxarıldı - 500 manat cərimə





A+  A-

Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Tural Hacıömərov rəsmi formada cəzalandırılıb.
XəzərNews.az bidirir ki, bu barədə “Qafqazinfo”ya heyvansevər Elxan Mirzəyev məlumat verib. Hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. T.Hacıömərov küçədə qoyunlarını hürküdən iti döyüb. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, yerimə qabiliyyətini itirib.

T.Hacıömərov “Qafqazinfo”ya açıqlamasında qoyunlarını otlamağa qoymadığı üçün küçüyü daşla vurduğunu təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, bu hadisəyə görə Baş İdarə tərəfindən töhmət alıb.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bunları təkzib edərək T.Hacıömərovun polis əməkdaşı olmadığını və iti döymədiyini bildirmişdi: “Həmin şəxs mülki mühafizəçidir, ona heç bir töhmət verilməyib”.

E.Mirzəyevin bu gün redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, T.Hacıömərov iti döyməkdə ittiham edilərək inzibati formada cəzalandırılıb və öz ərizəsi ilə işdən çıxarılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi rəsmi məktuba əsasən, T.Hacıömərov barəsindəki şikayət araşdırılıb və müəyyən olunub ki, o, dişi it balasını rəhmsız davranmaqla döyərək zədələyib. Buna görə martın 31-də T.Hacıömərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 manat cərimə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin şikayətçi Elxan Mirzəyevə göndərdiyi rəsmi məktubda qeyd olunub ki, Zaqatala Rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi Tural Hacıömərov iti döyməsi ilə bağlı iddianın araşdırılması prosesində işdən xaric edilməsi barədə rəsmi müraciət etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Xəbər 1547 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +