İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.02.2017  11:15 

Dövlət İmtahan Mərkəzində yeni təyinatlar - SİYAHI





A+  A-

Dövlət İmtahan Mərkəzində (DİM) struktur və kadr islahatları aparılıb.
Mərkəzdən verilən cavabda bildirilib ki, struktur formalaşması nəticəsində qurumda 12 yeni şöbə yaradılıb və müdirlər təyin edilib.

Çingiz Xəlilov İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri, Natiq Əliyev Yoxlama-ölçmə materiallarının yoxlanması şöbəsinin müdiri, Azər Bağırov Təşkilat şöbəsinin müdiri, Oleq Şelaqinov Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri, Vüqar Əsgərov Hüquqi təminat və insan resursları şöbəsinin müdiri, Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri, Fuad Mayılov Strateji inkişaf şöbəsinin müdiri, Vəli Məstəliyev Maliyyə və iqtisadiyyat şöbəsi, Vüsal Həmidov Elektron imtahanların təşkil və keçirilməsi şöbəsinin müdiri, Nigar Hüseynova-Didavari İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri, Vüqar Əkbərov Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri, Fərhad Zeynalov isə Təchizat və təsərrüfat şöbəsinin müdiri vəzifələrini icra edəcək.

Bildirilib ki, hazırda DİM-də strukturun formalaşması prosesi davam edir.

Qeyd edək ki, prezidentin sərəncamları ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, general-leytenant Niyazi Hacıyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə Direktorlar Şurasının üzvləri seçilib. DİM publik hüquqi şəxsdə icraçı direktor vəzifəsinə isə Vəfadar Misirov təyin olunub.
Prezidentin imzaladı fərmana əsəsən isə DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilib, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilib. DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb.

(apa.az)

Xəbər 3374 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +