Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.01.2024  17:00 

İrəvan və Bakı sülh müqaviləsinin bəzi mətnləri üzrə razılığa gələ biliblər, amma...





A+  A-

2023-cü il ərzində Ermənistan konstruktiv şəkildə Azərbaycanla münasibətlərin həllinə yönəlmiş danışıqlarda iştirak edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ümumilikdə sülh prosesinə, o cümlədən sülh müqaviləsinin imzalanmasına, delimitasiya prosesinin başlanmasına, regionda nəqliyyat və iqtisadi blokların açılmasına aiddir.

O, təkrar edib ki, Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır.

“Bundan əlavə, sərhədin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz davamlı olaraq 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışdıq.

Əvvəllər Azərbaycan tərəfi 1974-1990-cı illəri əhatə edən xəritələrdən istifadə etməyi təklif edirdi. Bunun məqbul ola biləcəyini təklif etdik. Amma Azərbaycan prezidentinin son bəyanatlarına əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bu məsələdə mövqeyində geriləmə var.

Alma-Ata Bəyannaməsinə əsasən, bütün postsovet ölkələri (heç bir respublika əlavə qeyd-şərt qoymadı) sovet respublikalarının bütün inzibati sərhədlərinin artıq müstəqil respublikaların sərhədləri kimi tanındığını qəbul etdi. Ermənistan və Azərbaycan bu prinsipi 2022-ci ildə Praqada, eləcə də sonrakı görüşlərdə təsdiqləyiblər.

Üçüncü mühüm prinsip ondan ibarətdir ki, nəqliyyat və iqtisadi kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, həmçinin qarşılıqlılıq prinsipi əsasında blokdan çıxarılmalıdır. Azərbaycanla bu məsələ ilə bağlı çoxlu müzakirələr apardıq və əslində müəyyən qarşılıqlı anlaşma əldə etdik. Amma Əliyevin son mətbuat konfransını nəzərə alsaq, geriləmənin baş verdiyini də qeyd etmək olar.

Yüksək səviyyəli görüşlər zamanı İrəvan və Bakı sülh müqaviləsinin bəzi mətnləri üzrə qarşılıqlı razılığa gələ biliblər. Ancaq bir sıra əsas məsələlər var ki, onlara yanaşmada fərqlilik var”, - Ermənistan XİN rəhbəri vurğulayıb.


Xəbər 599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +