İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


24.11.2023  17:22 

Yanğından sonra tədbir... - FHN hara baxır?





A+  A-

Taxta bazarındakı yanğından sonra Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat verib ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada daşınmaz əmlakın icbari sığortası deyil, əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır.

Bu sığorta növü də könüllü olduğu üçün bazardakı mal və materialların sığortası olmayıb. Bildirilib ki, bəzi sahibkarlar sığortaya biganə yanaşır, eyni zamanda sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları da müşahidə olunur.

“Hər bir halda daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir", - deyə məlumatda qeyd olunub.

Bazardakı yanğından bir neçə saat sonra Binəqədi rayonunda üçmərtəbəli ticarət mərkəzində də yanğın baş verdi. Ard-arda baş verən hadisələr bir daha sığorta məsələsini aktuallaşdırır.

Xəzərnews.az xəbər verir ki, sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə daşınmaz əmlakla bağlı iki sığorta növü var və məcburi xarakter daşıyır - daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Əgər bir obyektdə baş vermiş hadisə nəticəsində digərinə ziyan dəyirsə, ikinci sığorta növü tətbiq olunur:

“Əlavə olaraq daşınar əmlakın könüllü sığortası da var. Bu, yanğın və digər risklərdən sığortalanmanı nəzərdə tutur. Yəqin ki, taxta bazarındakı obyektlərin sənədi düzgün deyil, çıxarışı yoxdur. Fövqəladə Hallar Nazirliyi bütün obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına dair akt tərtib edir. Buna əsasən sığorta şirkətləri obyektə yaxınlaşanda yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığına baxırlar. Bundan başqa sahibkarların gətirdikləri mallarla bağlı gömrük bəyannaməsi və sahibkarın VÖEN-i olmalıdır. Sığorta şirkəti buna əsasən sığorta haqqını hesablayır. Bu qaydalara riayət edilmədikdə sığorta ilə bağlı problemlər də yaranır, sığorta şirkətləri sığorta işində maraqlı olmur”.

Ekspert əlavə edib ki, sahibkarlar çox vaxt sığortalamanı ikinci plana salırlar:

“Hadisə baş verəndə isə giley-güzar edirlər, amma artıq gec olur. FHN yanğın təhlükəsizliyi qaydalarının pozulduğunu aşkar etdikdə iki dəfə xəbərdarlıqdan sonra obyekti bağlamalıdır. Bu qədər yanğın, subasma hadisələrindən sonra digər obyektlər, bazarlarla bağlı tədbir görülməməsi FHN-nin də üzərinə məsuliyyət yükləyir”.



Xəbər 963 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +