Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


09.11.2023  14:56 

Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur





A+  A-

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.

Xəzərnews.az xəbər verir ki, təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.

Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artımdır.

https://youtu.be/ltB9mBBu2WA

Xəbər 638 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +