İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


18.10.2023  14:52 

Beynəlxalq Bank təqaüd kartlarına məhdudiyyət qoyub - Şikayət





A+  A-

Bu gün məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankı təqüdçü kartlarına müəyyən şərtlər daxilində qadağalar tətbiq edib. Lakin səbəbi açıqlanmayıb. Bu isə bankın xidmətindən istifadə edənlərə ciddi problemlər yaratmaqdadır.

Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin rəhbəri Mirvari Qəhrəmanlı da ABB-nin müştərilərindən biridir. Onun sosial şəbəkə hesabında paylaşdığı məlumatlar diqqətimizi çəkdi.

M.Qəhramanlı yazır: «…Mən ABB rəhbərliyinə sual edirəm: kartımdakı pul vəsaiti kimə məxsusdur? Söhbət təqaüdçülərə tədbiq edilən və anlaşılmaz "kart məhdudiyyəti"ndən gedir. Axı təqaüdçü özü bilər, öz təqaüdünü harda, necə, kimə və nəyə xərcləyər! Bununla da «təqaüdçülərə öz kartından istifadə məhdudiyyəti" qoymaqla onların kütləvi surətdə hüquqları pozulur. Məsələn, mənim ailəm (övladlarım) Praqada yaşadığı üçün il ərzində 2-3 ay Praqada yaşamalı oluram. Və həmişə də ABB-nin verdiyi təqaüdçü kartımdan, özü də istənilən hər sahədə istifadə etmişəm. Heç bir bir problem olmadan. May ayında kartın müddəti qurtardığı üçün yeniləməli oldum. Bu dəfə verilən karta baxanda təəccübləndim. Üstündə nömrələr güclə görünürdü. Ad və soyadımın yerinə «DOST»un adı yazılmışdı. Etiraz etdim. Problemi "həll" etdilər, vərəqə kartın nömrəsini yazıb verdilər. Dedilər ki, belədir, istəyirsən götür, istəmirsənsə, yox! Vaxt məhdudiyyətim vardi. Mübahisəni sonraya saxladım. İki gün öncə həmin kartla rəhbəri olduğum təşkilatın saytı üçün ödəniş ermək istəyəndə məlum oldu ki, verdikləri kart xaricdə işləmir. ABB Sabail rayon filialına yaxınlaşdım, Cavab belə oldu ki, «…Mərkəzi Ofisin qəbul etdiyi qərardır. Təqüdçülərə xaricdə öz kartından istifadə etməyə icazə yoxdur». Mənə ərizə yazdırdılar ki, xahiş edirəm, mənə öz kartımdan xaricdə istifadə etməyə icazə verəsiniz. Yazdım… Amma hələ də bir nəticə yoxdur. Bir müddət əvvəl isə bacım Türkiyədə olarkən o da özünün təqaüdçü kartından istifadə edə bilməyib. ABB- Xətai rayon filialına yaxınlaşıb. Orda da ona izah ediblər ki, təqüdçülər öz kartlarından xaricdə istifadə edə bilməzlər. «Niyə» sualına isə belə cavab verilib: «DOST Agentliyindən tapşırıblar. Axı bu pul mənimdir, niyə istədiyim kimi sərəncam verə bilməyim?! Bu pulu ya xaricdə istifadə etdim, ya da Azərbaycanda valyutaya dəyişib xaricə aparıb orda xərclədim, fərqi varmı? On min, yüz min, milyon deyil, adi təqaüd puludur…".

Beləliklə, ortaya məntiqli sual çıxır: təqüd vəsaiti- təqaüdçünün ömür boyu işləyib Dövlət Sosial Müdafiə Fondunda yığım fondu yaradıb, sonra ondan cüzi təqaüd pulu alan vətəndaşındırsa, o, niyə öz kapitalından-təqaüdündən istədiyi formada istifadə edə bilməsin?

İnanırıq ki, Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi bu və ya digər suallara aydınlıq gətirəcək. Həm də DOST-un təqaüdçülərə nədən qadağa tətbiq etməsi sualına…//tezadlar.az

Xəbər 659 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +