Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.10.2023  13:55 

“Çox dərinə getmə!“ - Aqşin Yenisey yazır





A+  A-

Azərbaycanda araşdırma ehtiyacını yox edən milli və kütləvi bir klişe var: "Çox dərinə getmə!"

Dəfələrlə yazı və çıxışlarıma irad tutulub; çox dərinə gedirsən, yorursan adamı.

Bir dəfə zəhləmgetmiş tədbirbazlıq ayinlərinin birində seçilmiş qurban olaraq millilik və dünyəvilik mövzusunda danışırdım. Mövzuya ən yaxın tarixdən qoca Da Vinçi ilə gənc Mikelancelonun arasındakı konfliktin səbəblərindən başlamışdım ki, ön sırada oturan xarizması müdrik, özü cahil ağsaqqal bir yazıçımız ayağa qalxıb zalı nümayişkar şəkildə tərk etdi.

Tədbirin sonunda yaxnlaşdı ki, bilirsən, niyə qulaq asmadım sənə, çünki çox dərinə gedirsən, yorursan adamı. Da Vinçi ilə Mikelancelonun süpürləşməsindən mənə nə?

Yenə də cavabımı gözləməyib çıxıb getdi.

Dünən yenə də bu "dərinə getmə" azarımın qınağı ilə üzləşdim. Jurnalist xanım sual verir ki, sizcə, Azərbaycanda ailə institutunun dağılmasının səbəbi nədir?

Etiraf edim ki, bu dəfə həqiqətən ağ elədim, nə az, nə çox, tarixin düz 6 min il dərinliyinə getdim.

Cavabıma Mis dövründən başladım ki, bəs misin kəşfindən sonra metal silahlarla silahlanan kişilər dünyanı işğal etdilər, matriarxal dövrə son qoydular, qadınları əsir götürdülər. Və altı min ildir ki, qadınlar dünyada kişilərin əsiri olduqlarını düşünürlər, bu əsirlikdən qurtulmağın yollarını axtarırlar. Bunun isə bir yolu var; azadlıq istəyən qadın önünü kəsən kişini öldürməlidir! Həm də fiziki mənada öldürməlidir.
Qadın önündəki kişi səddini aşmalıdır ki, azad mühitə çıxıb özünü təsdiq edə bilsin. Önündəki kişi də kimdir?

Əksər hallarda həyat yoldaşı. Hətta bir xeyli qadın bu kişi səddini aşıb azadlığa çıxmaq üçün hər hansı bir kişini bəri başdan "həyat yoldaşı" adı altında özünə qurban seçib onunla müvəqqəti izdivaca girir.

Qurbanvermə anı yaxınlaşanda qadın üçün hər şey bəhanə ola bilər.

Məsələn, ən yayğın olan bəhanələrdən birini deyim: diqqətsizlik!

Hər gecə eyni yataqda yatan cütlük diqqətsizlikdən necə şikayət edə bilər? On santimetr var komutanla aranda, bəzən heç o da olmur.

Dərinə getməsən heç bir zaman bu diqqətsizlik bəhanəsinin kökünün "məbəd fahişəliyindən" gəldiyini öyrənə bilməyəcəksən. Diqqət cəlb etmək və bu alınmadıqda məyus olmaq ailəyə soxulmuş qədim peşə instinktidir.

"Gilqamış" dastanını oxuyanlar bilir, özünü "ən yaxşı fahişə" adlandıran tanrıça İnanna kral Gilqamışa eşq elan edir. Gilqamış isə işim-gücüm var deyib tanrıçanı rədd edir. Tanrıça İnanna bunun qisasını almaq, Gilqamışı öldürmək üçün bütün Ziggurat tanrılarını onun üstünə qaldırır.

Günümüzdəki bütün məsələlərin şifrələri özümüzü yormaq istəmədiyimiz dərinlikdə aydın göstərilib. Əksinə, onlar səthi qatda bulanıqdır.

Açıq cəmiyyət dəyərlərinə sahibləndikcə ailədaxili ölüm-dirim mübarizəsi də açıq müstəviyə çıxır; qadın öz azadlığı uğrunda önündəki kişini öldürmək istəyir, kişi hakimiyyəti əldən verməmək üçün müqavimət göstərir. Müharibə meydanı isə ailədir.

Və bu proses müddətindən asılı olmayaraq tamamilə fiziki, bioloji inkstinktlərlə idarə olunur. Azadlıq və hakimiyyət istəyən vəhşiləşməlidir!

Bu yerdə yenicə mis dövründən tunc dövrünə keçid etmək istəyirdim ki, xanım jurnalist sözümü kəsdi: müəllim, çox dərinə gedirsiniz e, sözün açığı, yorursunuz adamı...

Aqşin Yenisey

Xəbər 3104 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +