İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.08.2023  11:24 

Qubad İbadoğlunun ailə üzvlərilə görüşünə məhdudiyyət qoyulub?





A+  A-

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlu iyulun 23-də həbs olunandan bu günə qədər ailə üzvlərilə görüşə bilməyib.

XəzərNews.az xəbər verir ki, bu barədə vəkili Fəxrəddin Mehdiyevin Meydan TV-yə bildirdiyinə görə, istintaq orqanının qərarıyla onun yaxınlarıyla görüşmək hüququ məhdudlaşdırılıb.

Vəkil deyir ki, istintaqın bu qərarından şikayət vermək niyyətindədirlər:

“Çünki bu qərarı əsassız hesab edirik, onu hüquqi müstəvidə mübahisələndirmək fikrindəyik. Həbsdə saxlanılan şəxsin ailə üzvlərilə görüşmək hüququ var və bu hüquq təmin olunmalıdır. Yaxınlarıyla telefonla danışa bilir. Amma övladlarıyla danışa bilmir…”.

Qubad İbadoğlunun övladları Azərbaycanda yaşamır.

Avqustun 9-da Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşdüyünü deyən vəkil müvəkkilinin sağlıq durumundan da danışıb.

Onun ürək xəstəliyilə yanaşı, həm də təzyiq və şəkər problemlərindən əziyyət çəkdiyini yada salan müdafiəçinin sözlərinə görə, qan təzyiqi sabit deyil, qanda şəkərin miqdarı da yüksəkdir. Hətta təcridxanada onun durumunu nəzərə alaraq, təzyiqini nəzarətdə saxlamaq məqsədilə mütəmadi ölçə bilməsi üçün aparat da veriblər.

“Havaların çox isti keçməsi, kamerada havalandırmanın olmaması səhhətinə mənfi təsir göstərir”, – Fəxrəddin Mehdiyev vurğulayıb.

Vəkil əlavə edib ki, Ombudsman Aparatının əməkdaşları da Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşüblər.


Fəxrəddin Mehdiyev

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bundan öncə iki dəfə açıqlama yayaraq, onun səhhətinin kəskin pisləşdiyini bildirib. Lakin deyilənlərə rəsmi qurumlar, o cümlədən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət münasibət bildirməyib.

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxta pul ittihamını rədd edir, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Beynəlxalq təşkilatlar və ABŞ-ın bir neçə konqresmeni onun dərhal azadlığa buraxılmasını tələb edib.

Xəbər 613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +