Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.07.2023  09:55 

Evlərdə “tiryəkxana” təşkil edənlər saxlanıldı





A+  A-

Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan və “tiryəkxana” təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Bundan başqa, yun-iyul aylarında həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb.

Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.

Xəbər 421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +