Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.07.2023  14:17 

Azərbaycanlı şagirdlər məzun kimi qayıtdılar - Foto





A+  A-

23 iyul 2023-cü il tarixində 16 azərbaycanlı şagird ABŞ hökuməti tərəfindən maliyyələşdirilən yüksək rəqabətli və təcrübələrə əsaslanan Gələcək Liderlərin Mübadiləsi (FLEX) təqaüd proqramı vasitəsilə ABŞ-də bir illik təcrübələrini yekunlaşdırmaq üçün seminarda yenidən bir araya gəliblər.

XəzərNews.az ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, proqram bir neçə azərbaycanlı orta məktəb şagirdlərini könüllü olan amerikalı ev sahibi ailəsində yaşamaq və orada orta məktəbdə oxumaq üçün Birləşmiş Ştatlara göndərir. FLEX Proqramı keçmiş ABŞ senatoru Bill Bredlinin ABŞ və Avrasiya ölkələri arasında uzunmüddətli sülh və qarşılıqlı anlaşmanı təmin etməyin ən yaxşı yolunun mədəniyyətlərarası mübadilə imkanları olduğuna inanması əsasında yaradılıb.

ABŞ səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı proqramı başa vuran şagirdləri salamlayaraq onları komfortlu mühitlərindən kənarda bir il keçirdiklərinə və amerikalı ev sahibləri, məktəb və icmalarda Azərbaycanı təmsil etdiklərinə görə təşəkkür etdi. “FLEX kimi mübadilə proqramları azərbaycanlılar və amerikalılar arasında daha güclü əlaqələr qurmaq öhdəliyimizin bir hissəsidir”, - o, qeyd edib: “Siz indi mübadilə proqramlarımızdan öz icmalarına lider kimi qayıdan minlərlə digər azərbaycanlı məzunlar sırasına qoşulursunuz”.

Bu il FLEX proqramı Azərbaycanda 30 illiyini qeyd edir. 1993-cü ildən indiyədək 50 ştatın hamısında 1000-dən çox azərbaycanlı şagird təhsil alıb. FLEX şagirdləri ABŞ-də olarkən liderlik bacarıqları əldə edir, Amerika cəmiyyəti və dəyərləri haqqında öyrənir və amerikalılara öz ölkələrini və mədəniyyətlərini öyrədirlər. Onlar ABŞ icmalarında ictimai xidmət göstərir və öz ölkələrinin səfirləri kimi fəaliyyət göstərirlər. FLEX şagirdlərinin bir çoxu bu könüllülük ruhundan ilhamlanaraq proqram zamanı əldə etdikləri ideya və bacarıqlardan istifadə edərək öz ölkələrində innovativ layihələr hazırlayır və həyata keçirirlər.

ABŞ səfirliyi və icraçı təşkilat olan Beynəlxalq Təhsil üzrə Amerika Şuraları ərizə, üç sınaq mərhələsi və müsahibələr vasitəsilə ciddi seçim prosesi həyata keçirir. İdeal namizədlər güclü akademik təcrübəyə, yeni mühitlərə uyğunlaşmaq və inkişaf etmək bacarığına və məktəbdənkənar fəaliyyətlərdə lider kimi iştirak etməklə öz icmalarında müsbət dəyişikliklərə ilham vermək istəyinə malik olmalıdırlar. İngilis dilini mükəmməl bilmək finalçı olmaq üçün ilkin şərt deyil. Əgər namizəd onu finalçı olmaq üçün uyğun edən xüsusiyyətlər nümayiş etdiribsə, lakin həmin namizədin ingilis dili səviyyəsi kifayət deyilsə, o, əlavə dil təlimi almaq hüququna malik ola bilər. Əlilliyi olan şagirdlər də FLEX-də iştirak etməyə dəvət olunurlar: Bu günə qədər dünya üzrə 300-dən çox görmə və ya eşitmə məhdudiyyəti olan şagird FLEX proqramının məzunu olub.

ABŞ səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şuraları FLEX iştirakçıları ilə proqramda və məzun olduqdan sonra dil öyrənmə, mentorluq, liderliyin inkişafı və təcrübə imkanları vasitəsilə onlara dəstək olmaq üçün birlikdə çalışır.

FLEX proqramı üzrə növbəti qəbul və seçim mərhələsi avqustun əvvəlində başlayacaq. Maraqlanan namizədlər müraciətlərini 10 oktyabr 2023-cü il tarixindən gec olmayaraq təqdim etməlidirlər. Ətraflı məlumatı discoverflex.org saytından və FLEX Azerbaijan sosial media hesabından əldə edə bilərsiniz.






Xəbər 522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +