Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.06.2023  09:46 

Ukrayna hara, Vardanyan hara?





A+  A-

Son yazılarımdan birində qeyd etmişdim ki, sülhə mane olan Ermənistandakı radikal erməniləri və Xankəndidəki Ruben Vardanyan kimi separatçı ünsürləri zərərsizləşdirməyin, sıradan çıxarmağın alternativ yolları barədə də düşünmək lazımdır.

Görünən budur ki, bu paraziti "qara siyahı"ya salmaqda və axtarışa verməkdə Ukrayna bizdən biraz daha cəld tərpəndi.

Budur, erməni əsilli Rusiya milyarderi Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.

Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına - "Mirotvorets" siyahısına daxil edilən Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Azərbaycanda, Ermənistanda və Rusiyada böyük maraqla qarşılanan bu qərarın səbəbləri də olduqca ilgincdir. Ukraynanın belə bir qərar qəbul etməsi həqiqətən də şok addım kimi qarşılandı. Odur ki, əksər insanlarda tamamilə haqlı olaraq belə bir sual yaranır ki, Ukrayna hara, Vardanyan hara?

Gəlin bu suala "Mirotvorets" mərkəzinin məlum müraciətində cavab axtarmağa çalışaq.

Mərkəzin saytında yerləşdirilən müraciətdə deyilir ki, Ruben Vardanyan Ukraynanın milli təhlükəsizliyinə qarşı, sülhə qarşı, beynəlxalq hüquqa qarşı, bütün insanlığın təhlükəsizliyinə qarşı şər əməllərə, hüquq pozuntularına yol verib. "Mirotvorets" Mərkəzi R.Vardanyanın cinayət əməllərini konkret olaraq göstərməyib.

Ancaq hamıya məlumdur ki, beynəlxalq miqyaslı oğru kimi, "çirkli pul yuyucusu" kimi tanınan Ruben Vardanyan təkcə Qarabağda ara qarışdırmaqla, sülh prosesini pozmaqla məşğul deyil. O, paralel olaraq Rusiyanın Ukraynaya qarşı hərbi-iqtisadi cinayətlərində də yaxından iştirak edir. Daha doğrusu, Vardanyan Moskvanın Ukraynaya qarşı həyata keçirdiyi ekspansiyanın ("Xüsusi Hərbi Əməliyyat") sponsorlarından biridir.

İngiltərə parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatı Bob Blekmən qeyd edir ki, "bu şəxsin şirkətləri Rusiyanın Ukraynadakı və Qarabağdakı hərbi mövcudluğunu təmin etmək üçün geniş şəkildə istifadə olunur".

"The Washington Times" nəşri isə bildirir ki, Putinə yaxınlığı ilə tanınan Vardanyanın offşor şirkətlərinin vasitəsilə böyük pullar "yuyulur" və Putinin adamlarının hesablarına maliyyə köçürülür.

Amerika nəşri yazır ki, Vardanyan Rusiyanın Ukraynanı davamlı şəkildə raket və dron atəşinə tutmasına dəstək verən İranla da sıx əlaqələrə malikdir.

Bir sözlə, rəsmi Kiyevin bu şəxsi Ukraynanın milli təhlükəsizliyi üçün ən böyük təhdid mənbələrindən biri hesab etməyə həqiqətən də tam mənəvi-hüquqi əsasları var.

Elə Qarabağda da Rusiya məhz bu murdar ünsürün vasitəsilə indiyə qədər daim gərginlik yaradıb və hazırda da bunu davam etdirir. Kremlin bölgədəki "rupor"u rolunu oynayan avantürist Vardanyan Xankəndidəki mülki ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına bütün vasitələrlə mane olur, dünya mediasına Bakının Xankəndidəki erməniləri blokadada saxladığı barədə dezinformasiyalar, feyk-xəbərlər ötürür və separatçıları Azərbaycana qarşı savaşa təhrik edir.

Ukraynanın onu axtarışa verməsindən sonra bu məkrli erməninin ətrafında çənbər daha da daraldı. Xarici ölkələrə sərbəst çıxış imkanını itirən R.Vardanyanın indi yalnız iki yolu var: ya separatçı fəaliyyətlərinə son qoyub Azərbaycandan amnistiya diləyəcək, yadaki hər an həbs olunmaq qorxusu ilə yaşayacaq.

Bəybala Mirzəyev

Xəbər 813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +