Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


10.05.2023  16:08 

TARİXİ GEDİŞATI DƏYİŞDİRƏN GÖRÜŞ...





A+  A-

...və ya əsası o zaman qoyulmuş yeni dövlət ənənəsi niyə xatırlanmır?!

Sıradan fotolar deyib keçməyin, sözün bütün mənalarında Azərbaycanın son 30 illik tarixinə damğasını vuran fraqmentlərdir. Haqqın dərgahına köçmüş hər iki şəxs - eks-prezident Əbülfəz Elçibəyin (Əliyev) eks-prezident Heydər Əliyevlə (o vaxt hələlik müxalifət cinahında idi) bu fotolarda əks olunan görüşünün Azərbaycanın ən yeni siyasi tarixində çox ciddi əhəmiyyəti var. Ona görə "var.." deyirəm ki, bu gün də o tablodan biz yeni nəsil insanlara, real siyasətlə məşğul olan adamlara ötürülmüş mesajlara böyük zərurətin olduğu qənaətindəyəm.

Bu görüşlər, mənəvi və psixoloji planda, o çağa görə, elə indinin özündə də çox qəribə alqılansa da, bir dövlət rəhbərinin bir müxalifət lideri ilə ölkənin taleyüklü məsələlərini müzakirə etmək, həll yolları tapmaqdan ötrü görüşməsi, masasını bölüşməsi, əslində, siyasi tutumu dərin olan maraqlı bir gediş, təqdirəlayiq bir nümunə idi.

O çağ ölkədəki ictimai-siyasi situasiyanın hansı formada inkişaf etməsindən asılı olmayaraq, bu addım DÖVLƏT və XALQ mənafeyi baxımından ən doğrusu idi deyə, düşünmək olar. Əbülfəz Elçibəyi sadəlövh bilməyin, SSRİ-ni yıxmış adamlardan biri idi, tarixçi idi, hər şeyi çox yaxşı görür və doğru təhlil edə bilirdi. Narahat bir dövr idi və ən qeyri-məqbul gedişlər arasından ən ağrısız optimal olanını seçməli idi. Çünki Azərbaycan Respublikasının bir saylı qoltuğunda gözü olan, ağzı sulanan çox idi. Onun üçün isə, hələ 1988-də meydanlarda qaldırdığı ay-ulduzlu üç rəngli bayraq, sonra prezident olduğu qısa dövrdə qəbul etdiyi dövlət gerbi və dövlət himninin yaşaması bir nömrəli məsələ idi!



Əbülfəz Elçibəy prezident idi və o, məsələyə fərqli də yanaşa bilər, siyasi fəaliyyətində kəskin qərarlar ala, tamamilə fərqli xətt izləyə bilərdi. Fəqət Elçibəy təpədən dırnağa bir demokrat idi və yaddaşında bərkimiş DÖVLƏTÇİLİK TƏFƏKKÜRÜ ondan nəyi necə tələb edirdisə, o yanaşmanı da ortaya qoymuşdu. Bəli, Əbülfəz Elçibəylə Heydər Əliyevin görüşü o vaxt nəinki Azərbaycanda, hətta regional miqyasda ciddi rezonans idi, yerli və dünya mətbuatının gündəminə bomba kimi düşmüşdü.

Bu, yaşlarının ən müdrik vaxtında hər iki dövlət adamının ictimai məsuliyyətin şah damara ağır basdığı kritik zaman kəsiyində siyasi mədəniyyət və dövlətçilik əxlaqından irəli gələn davranış idi. Ən çox da, son iyirmi ildir xeyli yadırqanmış davranış.

Bu gün dövlətin və xalqın taleyüklü məsələlərində real planda iqtidar sahibi ilə müxalifət liderlərinin görüşünü cəmiyyət, az qalsın süngü ilə qarşılayır.

Halbuki Azərbaycanın ən yeni tarixində, dövlət müstəqilliyinin bərpası, dövlət quruculuğu və dövlətin gücləndirilməsində müstəsna xidmətləri olan bu iki siyasət adamı, dövlət xadimi yeni nəsillərə məhz bu siyasi mədəniyyətin, bu dövlətçilik əxlaqının, bu siyasi dözümlülüyün Azərbaycanda da mümkün ola bildiyi mesajını, örnəyini, nümunəsini qoyub gedib. Yaxşı əməlləri qoyub, pis əməllərlə yola niyə davam edək ki?!

Dövlət və dövlətçilk məsələlərində çox zərər verən mənəm-mənəmliyə, təkəbbürə, kin-küdurətə, düşmənçiliyə zərrə boyda yerin olmadığını bu iki dövlət xadiminin, siyasət adamının, bu iki Azərbaycan vətəndaşının hərəkətlərində, davranışlarında, mədəniyyətində, əxlaqında, siyasətində görmək mümkündür axı.

Bəli, dövlətin, xalqın taleyüklü məsələlərində, dövlət quruculuğu prosesində, dövlətin əlamətdar xüsusi günlərində dövləti idarə edənlərlə müxalifət liderlərinin, funksionerlərinin bir arada, bir masa ətrafında, bir sırada olması dərin siyasi təfəkkür, siyasi mədəniyyət, siyasi əxlaq, siyasi dözümlülük, tövr nümunəsi olmaqla yanaşı, həm də bir dövlətçilik ənənəsidir. Azərbaycan Respublikasının bu ənənəyə böyük ehtiyacı var.



Ən yeni siyasi tariximizdə belə bir örnək, belə bir nümunə, belə bir ənənənin başlanğıc nöqtəsi olubsa, dağa-daşa düşməyə gərək yoxdur. Elə ondan bərk-bərk yapışıb, gözəlim Azərbaycanımızı ən parlaq çağlara daşıya, yeni nəsillərə, hər bir fərdin öz hüzurunu tapacağı mükəmməl bir ölkə təslim edə bilərik..

Bu gün 100-cü ildönümü qeyd olunan mərhum eks-prezident Heydər Əliyevin xatirəsi ilə əlaqədar, məhz bu vacib nüansları xatırlatmaqda fayda var deyə, düşündüm...

Rəşad Bakuvi

Xəbər 718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +