Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.05.2023  18:22 

Söz və mətbuat azadlığı: varmı, yoxmu?





A+  A-

“Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar bu güzgüyə baxaraq bütün hadisələri olduğu kimi görür”- Pol Stenli

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı daim müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət göstərən əsas ictimai institut olduğundan, bu müzakirələri vacib saymaq olar.

Mətbuatının fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar - söz və mətbuat azadlığı sərt çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

Birinci halda- media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

İkinci halda- ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korporativ maraqlar üçün yararlana bilirlər. Bunları nəzərə aldıqda qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil.

Hər məsələdə "qızıl orta" deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət təsirini göstərir. Azərbaycanda mətbuat azadlığı sahəsində üçüncü yolun seçilməsi vacib idi. Buna görə də, dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.

Əlbəttə, Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin bu prosesin mənfi tərəfləri də var. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət tərəfdən isə yox.

Yaranmış vəziyyəti analiz etsək, görərik ki, ölkədə mətbuat azadlığından sui-istifadə halları getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir mənzərə çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarır.

Bir çox mətbuat orqanları, jurnalistlər həm qanunvericiliyin tələblərini, həm etik kodeksləri, həm də vicdani kriteriyaları arxa plana keçirirlər. Bu isə bütövlükdə mətbuatı, jurnalistləri cəmiyyətin gözündən salır, ona inamı azaldır.

Problem ondadır ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bəzi şəxslər plüralizmi, söz azadlığını özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayır.

Jurnalist olaraq bizim əsas vəzifəmiz isə, cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməkdir. Bunu etməyənləri, edə bilməyənləri, jurnalist kimi qəbul etməməli, onlara qarşı ilk növbədə özümüz mübarizə aparmalıyıq. Cəmiyyətə izah edilməlidir ki, sosial şəbəkələrdə xəbər yayan profil, səhifə və kanallar media deyil, bu platformaların sahibləri jurnalist deyillər.

Azərbaycanda söz azadlığı, plüralizm üçün lazimi var, kimin bundan necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Hesab edirəm ki, mətbuat, TV, radio, internet saytlar üzərində ictimai və dövlət nəzarəti güclənməlidir. Yaxın 30 ilin təcrübəsi göstərdi ki, belə olmayanda özbaşınalıq baş alıb gedir. Cəza mexanizmi, ictimai qınaq olmadıqda, ortada ciddi mətbuat olmur. Azərbaycan KİV-ləri də bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən sıradan çıxarılacaq. Ümidvaram ki, buna imkan verilməz.

Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda məşhur tərifi var- “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar ora baxaraq bütün hadisələri olduğu kimi görür”.

Azərbaycana məhz belə media lazımdır.

3 May Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə bütün həqiqi jurnalistləri təbrik edirəm.

Elçin Bayramlı

Xəbər 689 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +