Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.04.2023  19:49 

“Müasir dünyada müasir köləlik” layihəsi çərçivəsində tədbir keçirilib





A+  A-

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Müasir dünyada müasir köləlik” adlı layihə çərçivəsində Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir həyata keçirib.

XəzərNews.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları»” İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov, eləcə də yeniyetmə və gənclər iştirak ediblər.

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insah alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Tədbirdə daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov çıxış ediblər.

Çıxışçılar təhsil alan tələbələrə gələcəkdə xaricdə təhsillərini davam etdirmək niyyətlərində olacaqları halda, dövlətin təhsil qurumları və cəmiyyətdə etimad qazanan təşkilatların imkanlarından istifadə etməli olduqlarını tövsiyə ediblər. Eyni zamanda gənclərə tövsiyə olunub ki, işləmək məqsədi ilə və ya turizm səyahətinə gedən zaman da həmin şirkətlər haqqında dolğun infirmasiyaya malik olmalıdırlar. Əks halda, heç bir kəs insan alverinin qurbanı olmaqdan sığortalanmayıb.

Sonda xatirə şəkilləri çəkilib.



Xəbər 449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +