Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


24.04.2023  09:43 

“Oğlumu narkotiklə şərləyiblər” - Bölmədə nə baş verib?





A+  A-

Haşımovlar ailəsinin üzvləri deyir, oğulları Məhəmməd Haşımov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıb. Məhəmməd Haşımov Aviasiya Akademiyasının Hüquq fakultəsində təhsil alırdı. Atası Habil Haşımov deyir, 29 mart tarixində Xətai rayon 34-cü polis bölməsindən ona zəng edib deyiblər ki, oğlu ilə bərabər bölməyə yaxınlaşsın.

XəzərNews.az Toplum TV-yə istinadən xəbər verir ki, Habil Haşımovun sözlərinə görə, 34-cü polis bölməsində ona əsasən İranla bağlı suallar veriblər:

“Biz orada olanda mənə bu sualı verdilər ki, sənin İranla bir əlaqən var? İrana gedib-gəlmisən? Mən bildirdim ki, xeyr. Oğluma da həmin sualı veriblər. Biz sadəcə namaz qılanıq, oruc tutanıq, inanclı insanlarıq".

Haşımov deyir, onlara bütün bu sorğu-sualın səbəbi deyilməyib. Təqsirləndirilən şəxsin anası Zöhrə Haşımovanın sözlərinə görə 34-cü polis bölməsindən çıxdıqdan sonra evə qayıtmaq üzrə yola düşüblər. Amma polis bölməsindən gələn zəngdə onlara deyilib ki, bölməyə qayıtsınlar. Oğlunuza bir neçə sualımız da var.

Ailə yenidən polis bölməsinə qayıdıb. Bölməyə daxil olduqdan sonra yaşananları Zöhrə Haşımova belə təsvir edir:

“Biz elə təzəcə çatmışdıq ki, polislər gəlib oğlumu bizim əlimizdən alıb elə birinci mərtəbədə yerləşən tədqiqatçı otağına apardılar. Mən gözümlə görürdüm. Boylandım görüm ki, nə məsələdir, niyə mənim uşağımın ətrafında toplanıb başının üstünü kəsdirmisiniz? Oradakı polis əməkdaşları da məni güdür ki, otağa yaxın getməyim. Elə bir addım irəli atıram, üstümə gəlirlər ki, siz çıxın çölə. Mən sonradan başa düşdüm ki, mənim övladıma orada əməliyyat qurublar. Orada onu fiziki təzyiqə məruz qoyub, narkotiklə şərləyiblər” .

Məhəmməd Haşımovun saxlanılması ilə bağlı polisin yazdığı protokolda onun saat 21:50-də Xətai rayon ərazisində saxlanıldığı yazılıb. Ailə üzvləri isə əldə etdikləri təhlükəsizlik kameralarının görüntülərinə istinadən deyir ki, Məhəmməd həmin gün saat 21.43-də onlarla bərabər İnşaatçılar metrosu yaxınlığında, yəni Yasamal rayonunda olub.

Məhəmməd Haşımovun atası deyir ki, oğlunun saat 21.50-də saxlanıldığını rəsmiləşdirsələr də, onların əlində saat 22:22-də polisin ikinci dəfə onları çağırması üzrə 34-cü polis bölməsinə qayıtmalarının görüntüsü var.

Daxili İşlər Nazirliyininin sözçüsü Elşad Hacıyev bildirib ki, məsələdən xəbərdardırlar.

Hazırda başlanılan cinayət işilə bağlı istintaq hərəkətləri davam etdirilir. Məhəmməd Haşımovun ailəsi əllərindəki maddi sübutlarla müvafiq qaydada istintaqa müraciət edə bilər. Haşımovlar deyir ki, istintaqa artıq müraciət etsələr də, hələ ki, onlara cavab verən yoxdur.



Xəbər 823 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +