Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.04.2023  13:19 

Yeni qaydalar... - Köhnə maşınların qiyməti artır





A+  A-

Xəbər verdiyimiz kimi, martın 28-də Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Bu qərarla 30 gündən sonra zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq.

Nazirlər Kabineti qərarın əsas məqsədinin insanların həyat və sağlamlığının,ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək xarakteri daşıdığını bəyan edib.

XəzərNews.az xəbər verir ki, qərarı şərh edən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, bu qərar ölkədə avtomobil parkının yenilənməsinə müsbət təsir göstərəcək:

"Bu, həm ətraf-mühitin çirklənməsinin qarşısını alacaq, həm də ölkəyə daha yaxşı texniki vəziyyətdə olan avtomobillərin idxalını təmin edəcək".

Onun sözlərinə görə, ölkədə 1 milyon 300 min ədəd avtomobil var. Bu avtomobillərin 75 faizinin istehsal tarixi 10 ildən yüksəkdir. Bu da avtomobil parkının çox köhnə olmasının isbatıdır. Həmin avtomobillərin ekoloji zərərləri də yüksəkdir:

“Hesab edirəm ki, bu qərar həm də daxili bazarda köhnə avtomobillərin qiymətinin artmasına təsir edəcək. Çünki istehsal tarixi 10 ildən aşağı olan avtomobillərin qiyməti hər kəs üçün əlçatan deyil və ölkəyə idxalını da təmin edə bilməyəcək. Sözsüz ki, bu da köhnə avtomobillərə daha çox tələb yaradacaq və qiymətin bahalaşmasına gətirib çıxaracaq".

İqtisadçı qeyd edib ki, 1500 kub sm-ə qədər mühərriki olan avtomobillərin idxalı üçün müəyyən güzəştlər tətbiq edilə bilər:

"Məlum olduğu kimi, bizdə 3 ilə qədər hibrid avtomobillər gömrük rüsumundan tam azad olunub. Həmin müddətin 5 ilədək uzadılması, həmçinin bunun digər daxili yanacaqlı mühərriklərə də tətbiqi qiymət artımının qarşısını almaqda təsirli ola bilər:

“Lakin bu qərar az motor gücü olan avtomobillərə aid edilməlidir ki, avtomobil parkının yenilənməsinə müsbət təsir göstərsin və əhali üçün yeni avtomobillərin əlçatanlığını təmin etsin".

Xəbər 524 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +