Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.02.2023  14:24 

“Gəncə keçidi“ni qapatmaq üçün yeni müharibə təhlükəsi varmı?





A+  A-

Britaniyanın “Sunday Express” nəşri kəşfiyyat mənbələrinə istinadən Rusiyanın Avropaya qaz tədarükünə mane olan yeni bir hücum planlaşdırdığını xəbərdar edir.

NATO-nun ələ keçirdyi elektron mesajlara görə, Valdimir Putin, Azərbaycan təbii qazını nəql edən boru kəmərlərinə hücum etmək üçün erməni qoşunlarına təlıim keçməyə göstəriş verib. Nəşrin iddiasına görə, bu plan, NATO-nun yüksək səviyyəli rəsmilərinin və hərbi komandirlərinin narahatlığına səbəb olduğundan son Münhen konfransına da bu təhdidin nəticələrini müzakirə etmək üçün toplaşıblar.

Nəşr məlumat verir ki, Aİ Rusiya tədarükündən imtina etdikdən sonra Azərbaycan Avropa üçün getdikcə daha vacib təbii qaz mənbəyinə çevrilir. Rusiyanın Ukryanaya ötənilki hərbi təcavüzundən əvvəl Avropanın təbii qaz tələbatının yarısından çoxunu qarşılayırdısa, indi bu rəqəm təxminən 20%-ə düşüb və azalmaqda davam edir.

Mənbələr iddia edirlər ki, Moskva vəziyyəti dəyişdirmək məqsədilə öz ordusuna Ermənistanda oyuncaq qüvvələr yaratmaq üçün səlahiyyət verib. “Burada 2020-ci ildə Azərbaycanla etnik müharibədən sonra Rusiyanın minlərlə sülhməramlısı yerləşdirilib”-deyə nəşr xatırladır.

Plan Xəzər dənizinin Azərbaycan sektorundan hasil olunan təbii qazı Türkiyəyə və Avropaya ixrac edən Cənubi Qafqaz boru kəmərinə hücumu nəzərdə tutur.

İkinci mərhələdə isə Rusiya Ermənistan ordusunu Dağlıq Qarabağı ələ keçirmək məqsədilə indi daha üstün olan Azərbaycan qoşunları ilə döyüşə hazırlaycaq.

...Yüksək rütbəli hərbi mənbə deyir: " Boru kəməri haqqında bu məlumat, Avropaya qaz tədarükünün dayandırılması üçün “klassik boz zona” ssenarisidir, bu zaman Rusiya bu işdə öz iştirakını dana biləcək. Odur ki, həm Türkiyə, həm də NATO bütövlükdə müdafiə sabitliyini artırmalıdırlar”.

Görünür, nəşr Azərbaycana NATO tərəfindən bu və ya digər şəkildə hərbi dəstək verilməsini nəzərdə tutur.

“Daily Star” nəşri də eyni məzmunda qısa xəbər yayıb. Deyilir ki, Moskva kontinental Avropada başqa bir qanlı müharibənin gətirəcəyi qeyri-sabitlikdən istifadə edərək Aİ-nin rus qazından asılılığını gücləndirməyi planlaşdırır.

Misirin elbalad.news saytı da ingilis mediasına istinadən eyni xəbərlə çıxış edib.

Bu iddiaların dezinformaiya olma ehtimalı daha çoxdur. Amma yada salaq ki, 2018-ci il mənhus Gəncə hadisələri və 2020 ci il Tovuz hadisələri ərəfəsində də Qərb mediası “Gəncə keçidi” adını verdiklər nəqliyyat və enerji dəhlizlərinin Rusiya tərəfindən vurulması, təxribatlar edilə bilməsi və ya qapadılması üçün proksi(vəkalət) savaşı törədilə bilinəcəyi haqda yazılarla çıxış etmişdi. Təəssüf ki o, proqnozlar özünü doğrultdu.

Cəmaləddin Quliyev

Xəbər 518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +