Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


30.01.2023  09:33 

İranın həbs olunan casus şəbəkəsi və Xankəndidə gizlənən cəza dəstəsi... - Səfirliyə terror hücumunun səbəbləri





A+  A-

Tehranda Azərbaycan səfirliyinə xain terror hücumu İranda ənənəvi media ilə yanaşı ilə sosial mediada da geniş müzakirə edilir. #آذربایجان (əski əlifba ilə Azərbaycan sözünün yazılışı) heşteqi ilə on minlərlə tvit və postlar yazılır, şərhlər verilir.

Teleqram kanalları daha çox SEPAH-a yaxın KİV-lərin rəylərini tirajlayır, teraktı məişət zəminində baş vermiş hadisə kimi təqdim edir. Hadisənin 3-cü dövlətlər tərəfindən törədildiyi, məqsədin Tehran-Bakı münasibətlərini gərginləşdirmək olduğu haqda versiyanı inkişaf etdirmək cəhdləri də var( Yeri gəlmişkən, hər iki versiya Azərbaycandakı açıq və gizli irançılar tərəfindən də dəstəklənir).

Daha həyasız təbliğatçılar bir az da irəli gedərək hadisənin Azərbaycanın özü tərəfindən törədildiyini və məqsədin İrana hücuma haqq qazandırmaq olduğunu iddia edirlər.
Tvitterdə isə obyektiv kontent daha çoxdur, #IRGCterorrists və #سپاه_تروریستی(ingilis və fars dillərində: “SEPAH terroristdir”) heştəqləri ilə paylaşılan yazılarda teraktın İslam İnqilab Keşikçiləri tərəfindən planlaşdırıldığı və həyata keçirildiyi yazılır. Belə tivitlərdən birinin məzmunundakı kiçik, amma mühüm detal bütövlükdə teraktın mahiyyətini anlamaq baxımından maraqlı ola bilər. Ali Arkani adlı sosial media fəalı tvitində belə bir nüansa diqqət çəkir ki, terakt Bakıda İran casusu Zahir Əsgərovun üzərindəki məhkəmədən iki gün sonraya təsadüf edib və qisas aktıdır.

...Məlumatda digər şəxslərin də adı keçirdi. Onlardan birinin də Qumda təhsil aldığı, digərinin isə əldə etdiyi məlumatları Teleqram tətbiqi vasitəsilə İranda Azərbaycan Araşdırmaları Mərkəzi adlı qurum yaratmış, “Hüseyniyyun” terror qruplaşmasının rəhbərlərindən biri olan Orxan Məmmədova göndərdiyi bildirilirdi.

...Ola bilsin ki, “Hüseyniyyun”a edilən stavka düşündüyümüzdən daha böyükdür. Son aylar ərzində “Qafqazşünas” ekspertlərin- Şiva Əlizadə, Akef Kazemi, Bəhmən Şueyb, Ehsan Müvəhhəddianın Azərbaycanı qarışdırmaq üçün “Hüseyniyyun”dan istifadə çağırışları haqda dönə-dönə məlumat verilib. Həbs olunan şəxslərin məlumatları məhz “Hüseyniyyun” üçün toplaması, özlərinin də “Hüseyniyyun” üzvləri kimi İran təhsilli Azərbaycan vətəndaşları olması , görünür, təsadüf deyil. Onların ifşa olunması İranı, daha doğrusu, SEPAH-ı və “Hüseyniyyun”u kurasiya edən “Qüds” qüvvələrini ciddi rahatsız edir. Bu arada Tehranın polis rəisi, SEPAH zabiti Əhməd-Rza Radanın hücumçuya maneə olmamaq haqda polisə göstəriş verdiyi haqda xəbərlər də yayılıb.

SEPAH-ı Azərbaycana qarşı qisas əməliyyatı keçirməyə təhrik edə biləcək başqa bir ifşa hadisəsi də ötən il qeydə alındı. Belə ki, İrandan Xankəndiyə keçmiş terrorçu olmaları ehtimal edilən şəxslərlə bağlı Azərbaycan tərəfi rəsmi Tehrana etiraz etmişdi. Bununla bağlı Azərbaycan mediasında getmiş yazılarda həmin 14 terrorçunun Xuzistan vilayətinin İzə( mətnlərdə yanlış olaraq İzeh) şəhərindən olduğu bildirilirdi. Məlumat verilirdi ki, “Xuzistanın əsas əhalisi” ermənilərdir, terror qruplaşması üzvləri də ermənilərdir. Əslində o zaman bizim media informasiya xətasına yol vermişdi.

Xuzistan (keçmiş adı İran Ərəbistanı, separatçı adı “Əhvaz dövləti”) əhalisinin əksəriyyət ərəblərdir, İzə şəhəri əhalisi isə bəxtiyari və ərəblərdir. Terrorçuların Xankəndiyə keçdiyi günlər İzədə 9 yaşlı Kian Pirfələk də daxil olmaqla çoxsaylı dinc sakin etiraz aksiyalarını yatıran SEPAH qüvvələri tərəfindən gülləbaran edilmişdi.

...“Artsax” hərbi xuntası ilə narkotrafik ortağı olan SEPAH öz gizli cəza dəstəsi üzvlərini gizlətmək üçün məhz Xankəndini seçmişdi. Bu faktın tam olmasa da açılması (ona görə tam deyildi ki, gizlədilənlərin erməni əsilli olduğu iddia edilmişdi-C.Q) SEPAH-ı yetərincə qəzəbləndirmişdi.

Təsadüfi deyil ki, SEPAH-a yaxın media indi də Laçın yolunda aksiyanı erməni mediası qədər, eyni dil və üslubda tənqid edir, yolun açılmasını tələb edir, bu məqsədlə Bakı ilə sərt danışmağa çağırış edir...

Cəmaləddin Quliyev

Xəbər 625 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +