Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.01.2023  20:38 

Bəxtiyar Hacıyevə vəkilləri ilə görüşə icazə verilməyib





A+  A-

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova yanvarın 28-də onunla görüşmək üçün Bakı İstintaq Təcridxanasına getsələr də, onlara icazə verilmədiyi bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Meydan TV-yə ictimai fəalın digər vəkili Rövşanə Rəhimli məlumat verib.

O bildirib ki, Bəxtiyar Hacıyev yanvarın 9-dan başladığı aclığı davam etdirir və səhhətində kəskin problemlər yaranıb.

Onun sözlərinə görə, Bəxtiyar Hacıyevin durumundan narahat olduqlarına görə vəkilləri növbə ilə hər gün onunla görüşüb, vəziyyətini diqqətdə saxlamağa çalışırlar.

“Bəxtiyar Hacıyevin vəziyyəti ağırdır, ürəyində problemlər yaranıb. Həkimlər xəbərdarlıq edib ki, aclığın beyinlə bağlı da fəsadları ola bilər. Aclığın 20-ci günüdür. Bir gün əvvəl məhkəmədə hərəkət etməkdə belə, çətinlik çəkirdi. Ona görə çalışırıq ki, hər gün 8 vəkildən heç olmasa, bir-ikisi gedib görüşə bilsin, durumunu diqqətdə saxlasın”, – Rövşanə Rəhimli bildirib.

Vəkil deyir ki, həmkarları Elçin Sadıqov və Zibeydə Sadıqovaya Bakı İstintaq Təcridxanasında dezinfeksiya işləri aparıldığını bildirərək, onların görüşünə imkan verməyiblər. Lakin vəkillər bunun gerçək səbəb, yoxsa bəhanə olduğunu bilmirlər.

Rövşanə Rəhimli yada salıb ki, hər dəfə görüşdən öncə vəkillərdən COVİD-19 testi vermək tələb olunur:

“Hər dəfə gedib səhər test veririk, axşamüstü cavabı hazır olur, səhəri görüşə gedirik. O cavab da cəmi iki gün qüvvədə olur. İki gün sonra yenidən test verməlisən. Bu cür hallarda – görüşə maneə yarananda isə o əziyyət də hədər gedir. Ümumiyyətlə, başqalarından tələb olunmadığı halda, vəkil niyə hər dəfə görüşə getmək üçün COVİD testi verməlidir?”

Bəxtiyar Hacıyevin vəkillərinin onunla görüşünün hansı səbəbdən baş tutmaması məsələsinə iş günü olmadığına görə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Xəbər 489 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +