İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


13.01.2023  15:13 

“500 mini hissə-hissə verdi, 300 mini vermədi” - Məhkəmə





A+  A-

“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon pulunu almaqda ittiham olunan Kamal Akimov deyir ki, əksinə, özü bu işdə qurbandır. Onun sözlərinə görə, 10 il öncə “Azimport” şirkəti onun sənədli əmlakını söküb, kompensasiya ödəməyib. İllərlə məhkəmələrə, prezident də daxil olmaqla, müxtəlif dövlət orqanlarına şikayət edib. Son nəticədə 2016-cı ildə Azər Əsgərovla 800 min manata razılaşıblar. Bunun da 500 min manatını ödəyib, qalan 300 min manatını isə verməyib. Qalan məbləği ondan dəfələrlə tələb etsə də, Azər Əsgərov ödəməkdən imtina edib. Sonda isə ondan hüquq-mühafizə orqanlarına şikayət edib, indiyədək alınmış 500 min manatın özü və ailəsi hədələndiyinə görə verildiyini göstərib.

XəzərNews.az Meydan TV-yə istinadla xəbər verir ki, Kamal Akimov hazırda həbsdə olmasa da, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu cinayət işində söhbət Səbail rayonu, Ziya Yusifzadə küçəsi (keçmiş Xanlar küçəsi) 8 ünvanında yerləşən, 146 kvadrat metrlik qeyri-yaşayış sahəsindən gedir.

Yanvarın 13-də keçirilən məhkəmə iclasında Kamal Akimov ifadə verib. O bildirib ki, sözügedən obyekti 2008-ci ildə alıb. 2012-ci ilin sentyabrında qardaşı ona xəbər verib ki, obyekti sökürlər:

“Qardaşım məndən soruşdu ki, oranı satmısan. Dedim ki, yox. Dedi ki, oranı sökürlər.

Yarım saata özümü ora çatdırdım. Mənə dedilər ki, buranı almışıq. Dedim ki, necə almışıq? Buranın sahibi mənəm, heç kimə də satmamışam. Anlaşılmazlıq olduğunu bildirdilər, getdilər. Axşam eşitdim ki, yenə sökürlər. Getdim, bu dəfə də dedilər ki, operatorlar səhv edib, sağdakı obyektin əvəzinə soldakını söküb. Rəşad Məmmədova (Bayraq Meydanının keçmiş rəhbəri, “Azimport” şirkətinin ona məxsus olduğu iddia edilirdi) zəng elədim. Çünki söküntünü aparan maşınların bir neçəsinin üstündə “Azimport” loqosu vardı. Amma Rəşad Məmmədov mənə dedi ki, biz orada çox iş görsək də, söküntünün bizə aidiyyəti yoxdur”.

Kamal Akimovun sözlərinə görə, o, daha sonra məhkəməyə müraciət edib. 4-5 il məhkəmə çəkişməsi getsə də, onun xeyrinə qərar verilməyib. Paralel olaraq, o, dövlət orqanlarına da şikayət edib.

“2016-cı ildə mənimlə əlaqə saxlayıb, görüşmək istədiklərini bildirdilər. Azər Əsgərov gəlib görüşdü. Onda mənə sökülmüş obyektimin əvəzində 500 kvadratlıq obyektin 200 kvadratlıq hissəsini təklif etdi. Belə razılaşdıq ki, özü satsın onu. Mənə elə 800 min pul versin. 500 mini hissə-hissə verdi. Qalan 300 mini vermədi. Bir müddət sonra telefonlara da cavab vermədi. Sonra dedi, get, nə istəyirsən, elə. Mən qanuni yolla haqqımı tələb eləmişəm. Əlimdə əmlakımın “Azimport” tərəfindən sökülməsini sübut edən video var. Ona görə də “Azimport”dan pulumu tələb etmişəm, bu gün də tələb edirəm”, – təqsirləndirilən şəxs bildirib.

Zərərçəkmiş qismində tanınan Azər Əsgərov isə iddia edir ki, Kamal Akimov yalan danışır. Onun sözlərinə görə, Kamal Akimov onu və ailə üzvlərini hədələyib, avtomobillə qarşısını kəsib, bir neçə dəfəyə 500 min manatını alıb.

“Mən tikintini aparan şirkət olmuşam, ərazidə söküntü aparan şirkət olmamışam”, – Azər Əsgərov bildirib.

Kamal Akimov isə heç kimin qarşısını kəsmədiyini, qarşı tərəfin onun pulunu verməmək üçün həbs etdirməyə çalışdığını deyir.

Məhkəmə prosesi yanvarın 26-da davam edəcək.

Xəbər 622 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +