Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.01.2023  09:32 

Polis əməliyyat keçirdi, narkotacirlər saxlanıldı





A+  A-

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Son iki gün ərzində keçirilən tədbirlər nəticəsində 8 nəfər saxlanılıb, onlardan aşkarlanan 15 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərNews.az -a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə əmi oğlanları - Fərman və İsrafil Qarayevlər saxlanılıb.

Şəxsi axtarış zamanı qohumların üzərindən marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə Fərman Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin mart ayında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib.

Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri satmaqda, saxlamaqda şübhəli bilinən daha 6 nəfər rayon sakini – Əsgər Əsgərov, Rizvan Cücüyev, Azər Qardaşov, Kamran Əliyev, Araz Babayev və onun qohumu Nazim Baradov tutulub. Onlardan külli miqdarda güclü təsiredici narkotik vasitə-heroin və marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də eyni əmələ görə məhkum olunublar və onlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, rayon ərazisində “ağ ölüm”ü yayan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Xəbər 514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +