Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.11.2022  10:31 

“Rəşad Dağlı dedi ki, bu ölkədə yaşaya bilmir”





A+  A-

“Rəşad Dağlı ilə heç vaxt üz-üzə gəlməmişəm. Ancaq təxminən, 3 ay qabaq özü votsapda mənə yazmışdı. Qəribə bir həssaslıqla danışırdı, elə bil onu hər şeydən küsdürmüşdülər”.

XəzərNews.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Rəşad Dağlı ona deyib ki, bu ölkədə yaşaya bilmir, səninlə görüşüb qardaşım kimi dərdləşmək, dost olmaq istəyirəm:

“Xaricə gedəcəyini dedi. Ətrafında bu qədər meyxanaçı dostları, fanatları olan bir adam niyə mənimlə dərdləşmək istəyir, təəccüblənmişdim.

Sonra xəbər çıxmadı, zəng etmədi. Bir də ağır cinayət törədəndə Rəşad yadıma düşdü. İşin detallarını bilmirəm.

Ancaq bütün hallarda heç nə insan ölümünə bəraət qazandıra bilməz. Oğlu ilə şəkli qabağıma çıxdı. Rəşad belə bir qərar verəndə bəlkə, kimsə övladını onun yadına salsaydı, hər şey başqa cür olacaqdı”.



Xəbər 432 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +