Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


31.10.2022  09:00 

Rusiya ilə sərhəddə böyük NÖVBƏ... - 2700 yük maşını nə zaman keçəcək?





A+  A-

“Samur” gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi davam edir.

Bu barədə məlumatı XəzərNews.az-a 13 gündür sərhəddə dayanan sürücülərdən biri məlumat verib.

Bildirilib ki, Azərbaycandan - Kürdəmirdən Moskvaya yük vurub: "Arıq 13 gündür növbə gözləyirəm. Hazırda 2700 nəqliyyat vasitəsi var. Bir həftə əvvəl 2 mindən çox yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir. Burda gözləyən maşınların böyük əksəriyyəti Rusiyanın müxtəlif şəhərlərinə nar, xurma, alma kimi məhsullar daşıyırlar".

Qeyd edək ki, bir həftə əvvəl “Samur” gömrük keçid məntəqəsindən bildirildi ki, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Burada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir:

"Yaranan sıxlıqla əlaqədar “Samur” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır".

Yusif Əli
XəzərNews.az


Xəbər 635 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +