Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.10.2022  14:22 

İki MAXE arasındakı mübahisə qətllə bitib





A+  A-

Ailəsi Şuşada xidmət etmiş Elmar Mirzoevin ölüm səbəblərini öyrənə bilmədiyini iddia edir.

“Əvvəl dedilər, guya silah əlində açılıb, güllə özünə dəyib, ölüb. Sonra zəng gəldi, dedilər ki, öldürüblər. Oğlumun ölümündən ayyarım vaxt keçib, bizə hələ də onun hansı səbəbdən öldüyü dəqiq deyilmir”.

Bu il avqustun 18-də Şuşadakı N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elmar Mirzoevin ölüm xəbəri ailəsini sarsıdıb. Bir aydan çoxdur ki, ailə onun ölüm səbəblərini öyrənə bilmədiyini iddia edir. Bu barədə Meydan TV-yə Elmar Mirzoevin atası Elçin Mirzoev danışır. Atanın sözlərinə görə, hadisəni öyrənmək üçün Elmarın hərbi hissə yoldaşlarıyla da görüşüb, ancaq dəqiq məlumat ala bilməyib.

Mirzoevlər ailəsi Cəlilabadın Moranlı kəndində yaşayır. Kasıb, təminatsız bir ailədir, Elmar da ailəyə kömək olmaq üçün hərbi xidmətdə qalıb qulluq etməyə qərar verib.

Ata deyir, Müdafiə Nazirliyində olub, ona bildirilib ki, oğlunun ölüm faktını Hərbi Prokurorluq araşdırır. Ata Hərbi Prokurorluğa gedib. Deyir, ona bu işlə bağlı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun həbs edildiyi bildirilsə də, detalları barədə məlumat verilməyib.

“Biz də vəkil tutduq. Getdik Hərbi Prokurorluğa, vəkil işlə tanış oldu. Özüm neçə dəfə Hərbi Prokurorluqda olmuşam. Hüquq şöbəsində də oldum, dedilər, hərbi hissənin rəyi lazımdır, bunlar olsa, iş gedər”.

Elmarın anası İlhamə xanım oğlunun faciəsindən danışır:

“Ali məktəbə girə bilmədi, işsizlikdən hərbiyə qayıtdı. Gözümün ağı-qarası bir övladım vardı, o da əlimdən getdi. Münqaişə olubsa, hərbi hissənin rəhbərliyi hara baxırdı, niyə nəzarət etmirdi, niyə qarşısını almırdı? Hadisə niyə baş verib, uşağım niyə öldürülüb, səbəbini desinlər”.

Baş Prokurorluqdan bildirilib ki, Elmar Mirzoevin avtomat silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Eyni hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Bəhruz Rzayev həbs olunub. Hazırda iş üzrə istintaq Hərbi Prokurorluğun İstintaq İdarəsində davam etdirilir.

Ağdam Hərbi Prokurorluğunun qərarında qeyd olunub ki, Hərbi Dəniz Qüvvələrinin N saylı Hərbi Hissəsindən Şuşadakı N saylı hərbi hissəyə ezam olunmuş MAXE Bəhruz Rzayev avqustun 17-də hərbi hissənin otaqlarından birindən elektrik çaydanını götürərkən orada olan Elmar Mirzoev ona “peysər” deyib. Növbəti gün o, Elmar Mirzoevin yanına qayıdaraq onunla özünə qarşı təhqir kimi qəbul etdiyi bir gün əvvəlki sözün hesabını aparıb. Mübahisə Bəhruz Rzayevin Elmar Mirzoevi başından gülləylə vuraraq həyatına son qoymasıyla bitib.

Elmar Mirzoevin valideynlərinin müraciətlərindən sonra “Cinayət İşi” Ağdam rayon Hərbi Prokurorluğundan Bakıya – Respublika Hərbi Prokurorluğuna göndərilib.

Xəbər 5677 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +