Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.08.2022  11:43 

Xalqımızın seksual aclığı var





A+  A-

Azərbaycan xalqının təfəkkür, düşüncə kodları var və cəmiyyət, toplum bu kodlarla idarə olunur. Bu kodlarla bağlı öz çıxışlarımda xeyli danışmışam, bu barədə bir çox yazılarım da var.

Məsələn, xalqımızın seksual aclığı var, bu aclıq bir koddur. Ona görə də intim videolarla ayrı-ayrı şəxsləri vurmaq, hətta bütöv bir dövlət qurumunu nüfuzdan salmaq mümkündür. Son FHN gündəmi buna bariz nümunədir. Hamımız lağlağı elədik, məsxərəyə qoyduq, söydük, ha, ha, hi, hi... Enerjimiz xeyli boşaldı. Düzü, bu mövzuda ciddi nəsə yaza biləcək ağıllı adamlarımız da var. Ancaq təəssüf ki, toplumda bunu qəbul və həzm edəcək potensial yoxdur deyə bəzən elə o ağıllı adamların özü ha, ha, hi, hi-yə qoşulub gedir. Kütləvi nadanlıq adamı boru kimi özünə çəkir.

Fikir verin, hal-hazırda ölkədə güclü meşə yanğınları baş verir. FHN öz nüfuzunu bərpa eləmək üçün əsl fürsətdir. Çünki xalqımızın seksual aclığı olduğu kimi qəhrəmanlıq, fədakarlıq aclığı da var və bunlar da bir koddur. FHN əməkdaşlarını töksün meşələrə, aralarında qadın əməkdaşlar da olsun. Biri uşağı qucaqlayıb qaçsın, biri pişiyi yanğından xilas eləsin və pişiyin başını sığalladığı yerdə şəkillər, videolar çəkilsin. Videolara damara işləyən fars musiqilərindən də əlavə eləyib bassınlar sosial şəbəkələrə. Bunlar yalandan yox, həqiqət də ola bilər. Amma videolarda fars musiqiləri mütləq olmalıdır.
Təsir effektini birə yüz artırır.

Heç vaxt istəmərəm ki, oyunların içində kimsə dünyasını dəyişsin, ancaq nə yazıq ki, biz oyun qurbanlarını çox görmüşük. Bir neçə FHN əməkdaşı tüstüdən boğulub vəfat etsə (Allah uzaq eləsin), vəssalam, kimin nə duxu var FHN haqqında artıq-əskik nəsə yazsın, o adamı millət özü cırıq-cırıq edər.

Çox uzun yazmaq olar.

Ancaq ölkənin idarə edilməsi metodunu, xalqın kodlarını, avam və cahil insanlarla oyun üsullarını biləndən və başa düşəndən, anlayandan sonra düzü, adamın nəsə yazmağa həvəsi də qalmır. Həm də yazacaqsan, başa düşülməyəcəksən, millətlə əng-əngə verməyə halım da yoxdur. Hökumət də əvvəlki kimi deyil, xeyli ağıllanıb. Daha hər kəsi tutmur, adamın torbasını tikib millətin qabağına elə atır ki, səni öz sevdiklərin və sevənlərin daş-qalaq eləyir. Axırda özün qaçıb hökumətə yalvarırsan ki, qurban olum, məni bunların əlindən xilas elə.

Hərdən adam özünə bir qəbir qazıb girib içində yaşamaq istəyir. Hərdən başını qəbirdən çölə çıxrıb tez də aşağı əyiləsən ki, heç kim görməsin.

Ya da Ramiz Rövşən olasan.

Oğlu-qızı yerbəyər eləyəsən, ev-eşik, bağ-bağat, gün-gözəran, xalq sevgisi, hakimiyyət rəğbəti, fəxri adın, arada da çıxıb verilişdə-zadda deyəsən ki, təpədən dırnağa hirs içindəyəm.

Kəramət Böyükçöl

Xəbər 1021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +