İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


05.07.2022  12:10 

Bakıda babı, Təbrizdə vəhhabi ovu





A+  A-

Allahu Əbha, Həsbillah, Lə tənsa zikrallah... Bu ifadələrin hər hansı qorxulu mənası varmı? Normal məntiq deyir ki, yox. "Gözəl (nurlu) Allah" , "Allah qorusun", ya "Allahı zikr etməyi unutma" kimi ifadələrin nə qorxusu ola bilər ki? Amma varmış.

19-cu əsrin 4-cü onilliyində İranda yaranmış babilik qısa müddət sonra Azərbaycanda da yayılmışdı. Amma qurucusu Seyyid Məhəmmədin (Babın) ölümü və onun varisi Mirzə Əli Hüseynin (Bəhaullahın) iş başına keçməsi ilə yeni cərəyan parçalanmış, babilik zəmində faktiki yeni din - bəhailik nəşət etmişdi.

Azərbaycanda bu təfriqəyə elə də fikir vermədən, bütün dini islahat, bəzənsə ümumən yenilik tərəfdarlarının hamısına ucdantutma "babı" yarlığı yapışdırırdılar. Hər cür yeniliyə qarşı bu ictimai tənə Sabirin "İki həpəndin söhbəti " satirasında ironik tərzdə təsvir edilib ("Bu isə pəs o ləinin də işi qullabıdır, Dinü imanı danıb, yoldan azıbdır, babıdır).

Bəhailər özlərini fərqləndirmək üçün ənənəvi müsəlman təkbiri (Allahu əkbər), bəzən də təsbih (Sübhənallah) əvəzinə" Allahu Əbha" işlədirdilər. Bu ifadə o zaman bir çox ziyalılarımızın xoşuna gəldiyindən, deyilənlərə görə, onlar da nitqlərində istifadə edərmişlər. Və dərhal da özlərini dinin yeganə mühafizəçisi sayan bir qrup cahilin nəzərində "babı" ya çevrilirdilər.

Bir də o ifadə 90-cı ilərin ortalarında yenidən Bakıya qayıtdı: Bəhai icması rəsmi qeydiyyatını bərpa etdi. O illərin ictimai həyatını izləyənlər yəqin ki, xatırlarlar. İndi az qala hamını ya "sehyonist" , ya vəhhabi, ya satanist çıxaran marginalların sələfi olan bir siyasi təşkilatlanma var idi o zaman - Azərbaycançı Qüvvələr Birliyi. Əsas tərəfdar kütləsi AİP-çilər idi. Mitinqlərində mərhum Hacı Cəbrayıl mütləq çıxış edər və hakimiyyəti, qərbçi müxalifəti, hətta qısa müddət onunla eyni partiyada təmsil olunan şəxsləri "bahılar" adlandırardı.

Deyəsən, şparqalkasında "bəhai" yazılsa da, beynində köhnə kişilərdən eşitdiyi "babı" kəlməsi ilişib qalmışdı, rəhmətlik özünə çox əziyyət vermədən ikisini birləşdirib "bahı", ya "bahi" edir, beləcə işi yola verirdi.

İranda bəhailərin sərt təqibi davam edə - edə Azərbaycanda fəaliyyətlərinin sərbəstləşməsi birilərini qəzəbləndirmişdi, odur ki, şparqalkalarda əsas mövzu bəhailik idi. Azərbaycan dövlətini azərbaycanlı dindarların nəzərində özgələşdirmək, etibarsızlaşdırmaq üçün hələ başqa mövzular yox idi.

Netanyahunun Bakıya səfərindən sonra çıxışlar, ittihamlar üçün şparqalka mövzusu dəyişdi - indi "sehyonizm" dən, masonlardan, qlobal satanizmdən danışmaq dəbi başladı.

Suriya savaşı mövzu rəngarəngliyini daha da artırdı - indi vəhhabi təhlükəsindən danışmaq daha çox dəb oldu. Təbii ki, "nurçu" , "pantürkist" söhbətləri də heç zaman "dəb"dən düşmür.

Və bütün bu dəblərin yalnız bizdə deyil, İranın öz daxilində ağrılı fəsadları var. Gah bəhailiyi təbliğ edən "müzirr ünsür"lərin həbsi artır, gah Türkiyə və İsrail "casuları"nın, gah "terrorçu vəhhabilərin".

Bəzən bu həbslər üçün uydurulan bəhanələrsə sadəcə gülünc olur. Məsələn, Şərqi Azərbaycan vilayətinin tanınmış bir din alimi bu günlər "həyəcan təbili" çalır ki, Təbrizdə vəhhabilik gizli də olsa sürətlə yayılır. Bunun sübutu kimi avtomobillərin üzərində "Lə tənsa zikrallah" və "Həsbillah" ifadələrinin yazılmasını göstərir. Sonrada ölkəsinin müvafiq qurumlarını bu halları araşdırmağa çağırır.

Bu çağırış Səudiyyə Ərəbistanı və BƏƏ-nin yenidən Türkiyə və Azərbaycanla münasibətlərinin istiləşməsi fonunda edildiyindən nəticələrinin də özünü çox gözlətməyəcəyini güman etmək olar.

Cəmaləddin Quliyev

Xəbər 1927 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +