Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.06.2022  18:44 

DTX rəisi Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdü





A+  A-

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

XəzərNews.az DTX-ya istinadən xəbər verir ki, komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz ilə sözügedən qurum arasında mövcud münasibətlərdən, Birinci Qarabağ və Vətən müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi sahəsində Dövlət Komissiyasının BQXK ilə sıx əməkdaşlığından ətraflı bəhs edib, təşkilatın respublikamızda 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi humanitar missiya barədə fikirlərini bölüşüb, bu missiya sayəsində daha uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələnin yüksək həssaslığını, onların ailə üzvlərinin intizar və narahatlıqlarına tez bir zamanda son qoyulmasının əsas vəzifə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik nəzarətində olduğunu nəzərə alaraq, həmin şəxslər barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana verilməsində BQXK-nin vasitəçiliyinin gücləndirilməsinin zəruriliyi, müvafiq yönümdə fəaliyyət intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verilib.

Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu deyib, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.

Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

Xəbər 935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +