İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


23.06.2022  17:19 

Sərhəd xəttində çalışan jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verilib





A+  A-

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib.

XəzərNews.az xəbər verir ki, Tərtər şəhərində, Tərtər Regional Peşə və Təlim Mərkəzində baş tutan seminar MİTD İB tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində keçirilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Tərtərdə keçirilən seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən KİV işçilərinə insidentlərlə qarşılaşdıqları zaman həmin insidentləri aktlaşdıraraq həm yerli, həm də beynəlxlq jurnalist təşkilatlarına göndərmək prosedurları barədə məlumat verilib. İnsidentlərin aktlaşdırılması prosesi barədə beynəlxalq standartlar barədə təcrübəni bölüşmək üçün bir sıra ölkələrin jurnalist ittifaqları təmsilçilərinin çıxışları da dinlənilib. Almaniya Jurnalistlər Birliyindən (Deutscher Journalisten-Verband ) Andrea Roth, Türkiyə Jurnalistlər İttifaqından (TGS- Türkiye Gazeteciler Sendikası ) Mustafa Kuleli videobağlantı formatında seminara qatılaraq mövzu üzrə fikirlərini bölüşüblər. Müşfiq Ələsgərli deyib ki, “sərhəd bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu, həmçinin, hansı mexanizmlərlə göndərmək üsulları barədə məlumat verdik”.

Seminarlarda iştirak edən jurnalistlərdən Şöhrət Əliyev və Şamxal Adıgözəlova Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib. Təqdimat BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təşkil edilib. “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Vəsiqənin mühüm statuslarından biri də odur ki, Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir. BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir. Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir.










Xəbər 928 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +