İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


10.06.2022  14:31 

“Kaspi Təhsil”də 35 şəhid övladı tam ödənişsiz təhsil alır





A+  A-

Kaspi Təhsil Şirkəti bu günə qədər "Yaşat"Fondu ilə olan Niyyət protokolunun heç bir maddəsinə zidd addım atmayıb...

Kaspi Təhsil Şirkəti sosial mediada və bəzi xəbər portallarında şəhid övladından illik təhsil haqqı üçün pul tələb edilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatında deyilir: “Sosial şəbəkələrdə yayılan statuslarda və şərhlərdə, həmçinin xəbər saytlarında qeyd edilib ki, təhsil müəssisəsi tərəfindən şəhid kapitan Elçin İsmayılovun ikinci övladının Kaspi Liseyində təhsil alması üçün 2800 manat pul istənilib”.

Kaspi Təhsil Şirkəti mövzu ilə bağlı mövqeyini ifadə edərək bildirir ki, yayılan xəbər əsassızdır və heç bir etibarlı mənbəyə istinad olunmayıb: “Xəbər yayılarkən mövzu ilə bağlı şəhid ailəsinə və Kaspi Təhsil Şirkətinə heç bir sorğu ünvanlanmayıb”.

Qeyd edək ki, hazırda şəhid kapitan Elçin İsmayılovun böyük övladı Ömər İsmayılzadə Kaspi Liseyi Bakıxanov Filialının 2-ci sinfində təhsil alır. “Yaşat” Fondu ilə Kaspi Təhsil Şirkəti arasında olan razılaşmaya əsasən Ö.İsmayılzadənin təhsil haqqının 100 faizi Kaspi Təhsil Şirkəti və “Yaşat” Fondu tərəfindən qarşılanır. Məlumat üçün bildiririk ki, Kaspi Liseylərinə qəbul imtahan və müsahibə yolu ilə həyata keçirilir.

Kaspi Təhsil müəssisələrində təhsil almaq istəyən şəhid və qazi ailələrinin övladları Kaspi Təhsil müəssisələrində qəbul imtahanından uğurla keçdikdən sonra qəbul haqqında sənədi “Yaşat” Fonduna təqdim edərək onlar üçün nəzərdə tutulmuş müvafiq güzəştlərdən istifadə edə bilərlər. Bu cür situasiyalarda Kaspi Təhsil Şirkəti ilə “Yaşat” Fondu arasında imzalanmış Niyyət protokolu (10 aprel 2021-ci il) əsas tənzimləyici sənəd kimi qəbul edilir. Kaspi Təhsil Şirkəti bu günə qədər qeyd edilən Niyyət protokolunun heç bir maddəsinə zidd addım atmayıb.

Əlavə olaraq, qeyd edək ki, Kaspi Təhsil Şirkəti şəhid və qazi ailələrinə mütəmadi olaraq həyata keçirdiyi sosial dəstək layihələrini özünün piar və reklam alətinə çevirməyib. Ancaq hazırda yayılan əsassız xəbərlərə, ucuz piara cavab olaraq bildiririk ki, Kaspi Təhsil müəssisələrində 26 şəhid övladının təhsil haqqının 100 faizi Kaspi Təhsil Şirkəti tərəfindən qarşılanır. Bundan başqa, 9 şəhid övladının təhsil haqqı Kaspi Təhsil Şirkətinin “Yaşat” Fondu ilə birgə əməkdaşlığına əsasən ödənilir. Onu da vurğulayaq ki, liseydə güzəştli şərtlərlə təhsil alan şəhid və qazi övladları üçün bu imtiyazlar 1 illik deyil, 11 illik təhsil dövrünü əhatə edir.

Həmçinin, Kaspi Təhsil Şirkətinə aid müəssisələrdə indiyə qədər 100-dən çox şəhid və qazi övladının müvafiq endirimlərlə təhsil almasına şərait yaradılıb.

Kaspi Təhsil Şirkəti həmçinin Prezidentin Sərəncamı ilə yaradılan “Yaşat” Fonduna, 44 günlük Vətən Müharibəsi başlayanda ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması məqsədilə yaradılan Qarabağ Dirçəliş Fonduna ianə edilməsində fəal iştirak edib.

Şirkətin rəhbərliyi və hər bir əməkdaşı Vətənimizin bütövlüyü uğrunda mübarizə aparan qazilərimizin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ailəsinə dəstək göstərməyi özünün sosial məsuliyyəti və vətəndaşlıq borcu hesab edir.

Peşəkar media nümayəndələrini belə bir həssas mövzuya diqqətlə yanaşmağa, dəqiqləşdirilməmiş məlumatlara səhifələrində yer verməməyə çağırırıq!

Xəbər 1637 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +